Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürmək üçün yeni təklif... - Müavinat yoxsa biznes?

Nazirlik sağlamlıq imkanları məhdud uşaqları övladlıq edib sonra onlardan dilənçilik və başqa məqsədlər üçün istifadə edənlərə yol açmır ki?..

Sosioloq: “Sağlamlıq imkanları məhdud uşağı övladlığa kimin götürəcəyi, hansı məqsədlə götürəcəyi bilinmir”.

“Mən bu proqramda boşluq görürəm və həmin uşaqların başqa məqsədlər üçün istifadə edilməsi təhlükəsi burada var”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi üçün veriləcək müavinat proqramını PİA.az-a şərh edərkən qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib ki, nazirlik tərəfindən övladlığa götürmə ilə bağlı stimulılaşdırma proqramı tərtib edilib. Bu proqrama əsasən, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsini təklif edilib.

Bəs bu yolla müavinata görə sağlamlıq imkanları məhdud uşaqları övladlıq edib sonra onlardan dilənçilik və başqa məqsədlər üçün istifadə edənlərə yol açılmır?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.

Əhməd Qəşəmoğlu: “Kimin üçünsə sağlamlıq imkanları məhdud uşaqları övladlıq etmək böyük biznesdir”.

Bu məsələdə nəzarət mexanizminin olmalı olduğunu düşünən sosioloq PİA.az-a açıqlamasında bildirib ki, həmin uşaqlar övladlıq ediləndən sonra dövlət qurumu ona nəzarəti gücləndirməlidir və övladlıq edən ailə də araşdırılmalıdır:

“Bəli, bu məsələdə boşluq var. Çünki sağlamlıq imkanları məhdud uşağı övladlığa kimin götürəcəyi, hansı məqsədlə götürəcəyi bilinmir. Yaxşı olar ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün ayrıca qayğı olsun. Yoxsa ki, kimsə bu cür uşağı ona övlad lazım olduğu üçün götürmür. Həmin adam xeyriyyə iş görmək üçün bu addımı atır.

Çox az adam olur ki, övladlığa uşaq götürmək istəyir və sağlamlıq imkanları məhdud uşaq götürür. Get-gedə cəmiyyətdə mənəvi dəyərlərə münasibət dəyişdikcə belə adamlar da çox az olacaq. Bəlkə min adamdan biri sağlamlıq imkanları məhdud uşaq övladlığa götürmək istəsin.

Əhməd Qəşəmoğlu: “Sağlamlıq imkanları məhdud uşaqları övladlıq edilənlər üzərində güclü nəzarət olmalıdır”.

Bir daha qeyd edim ki, mən bu proqramda boşluq görürəm və həmin uşaqların başqa məqsədlər üçün istifadə edilməsi təhlükəsi burada var. Yəni kimin üçünsə sağlamlıq imkanları məhdud uşaqları övladlıq etmək böyük biznesdir. Buna görə də sağlamlıq imkanları məhdud uşaqları övladlıq edilənlər üzərində güclü nəzarət olmalıdır.

Bu məsələdə nəzarət mexanizmi olmalıdır. Yəni həmin uşaqlar övladlıq ediləndən sonra dövlət qurumu ona nəzarəti gücləndirməlidir və övladlıq edən ailə də araşdırılmalıdır. Bu zaman heç bir problem olmaz. Amma indi bu işdə çox dəqiqliyə, həssaslığa ehtiyac var”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar