Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq oliqarx-deputatın şirkəti dövlət qurumlarına meydan oxuyur

Nəsimi sakinləri etiraz edir...

“Nəsimi rayonunun Novruzov qardaşları küçəsində(“Papanin” adlanan ərazi) “Pilot-16″ şirkətinin mütəmadi olaraq, tikinti, əməyin mühafizəsi normalarına əməl etmədən, gecənin gec, səhərin çox erkən saatlarında tikinti və betonlama işləri apararaq, vətəndaşların istirahət və sağlamlıq hüquqlarını kobud şəkildə pozur. Vətəndaşların etirazlarına, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, şirkət öz qanunsuz əməllərini davam etdirir”.

Bu sözləri Editor.az-a açıqlamasında Novruzov qardaşları küçəsinin sakinləri deyib. Onların sözlərinə görə, sakinlərin dövlət qurumlarına müraciətlərinə aidiyyatı üzrə reaksiya verilərək, şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq ərazidə vəziyyət dəyişməyib: “Müraciətlərimizdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi və 20-ci polis bölməsindən məsələ ilə yaxından maraqlanaraq, şirkətin səlahiyyətli şəxsinin müvafiq qaydada cərimələndiyi haqqında şifahi və yazılı məlumat verdilər. Eyni zamanda Dövlət Şəhərsalma və Arxitektura KomitəsiBakı Şəhər İcra Hakimiyyətindən məsələnin araşdırılması və qanuni ölçü götürülməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinə müraciət göndərildiyi haqqında məlumat verildi. Ancaq Nəsimi rayon İcra Hakimiyyəti məsələ ilə bağlı susur.

Görünür elə bunun nəticəsidir ki, dövlət orqanlarının xəbərdarlıqlarına baxmayaraq, keçmiş oliqarx-deputat Əsabil Qasımova aid olduğu deyilən “Pilot-16″ şirkəti mütəmadi qaydada gecənin gec, səhərin erkən saatlarında ərazidə ağır tonnajlı maşınlar və texnikalar vasitəsi ilə tikinti və betonlama işlərini həyata keçirməyə davam edir. Bu evində xəstə, körpə olan, səhər saatlarına işə gedəcək vətəndaşların istirahət, sağlamlıq hüquqlarının kobud şəkildə pozulması, eyni zamanda qanunlara, dövlət orqanlarının tələblərinə açıq hörmətsizlikdir”.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Ən çox oxunanalar