Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Bir müddət əvvəl daxil olan məlumat əsasında Mədəniyyət Nazirliyi tərəfindən Mərkəzi İncəsənət Məktəbində yoxlama aparılıb...

Poliqon Apa-ya istinadən bildirir ki, araşdırma nəticəsində məktəbdə rəhbərlik tərəfindən tədrisin təşkili ilə bağlı ciddi nöqsanların olması, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinin pozulması halları aşkar edilib.

Məlum olub ki, hər tədris ilinin əvvəlində məktəbin direktoru Əziz Yaşar oğlu Qarayusifli tərəfindən müəssisədə çalışan müəllim heyətinə dərs yükü pul qarşılığında verilib, yaxud həmin verilən dərs yükünün müəyyən bir hissəsinə aid olan maliyyə vəsaiti mənimsənilib.

Əziz Qarayusifli işində yol verdiyi ciddi qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.

Təhsil ocağındakı qanun pozuntuları ilə bağlı materiallar hüquq mühafizə orqanlarına göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Ərəstun Oruclu: Orban bunu Putinin tapşırığı ilə edirdi...

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Maşının yanmağını istəmirsinizsə... – Bu əşyanı içəridə saxlamayın

Ər-Riyadın təhdidi: Rusiyanın aktivləri müsadirə olunarsa, avrobondları satacaq...

Ən çox oxunanalar