Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək

Sabah - martın 31-də Türkiyə tarixində 19-cu dəfə bələdiyyə seçkiləri keçiriləcək

Yerli orqanlara seçkilərdə 12 siyasi partiyanın namizədləri mübarizə aparır.

Türkiyə prezident idarəetmə formasına keçəndən sonra bu ilk bələdiyyə seçkisidir.

Əsas mübarizənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının yaratdığı "Cümhur İttifaqı” ilə Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi, Səadət Partiyasının qoşulduğu "Millet İttifaqı”nın namizədləri arasında gedəcəyi gözlənilir.

Paytaxt Ankarada əsas mübarizə "Cümhur İttifaqı”nın namizədi, keçmiş ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki ilə "Millət İttifaqı”nın namizədi Mansur Yavaş, İstanbulda yenə bu ittifaqların namizədləri, sabiq baş nazir və Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında gedəcək.

"Cümhur İttifaqı”nın İzmir Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi keçmiş iqtisadiyyat naziri Nihat Zeybəkçidir. "Millet İttifaqı” isə İzmirdə Tunç Soyerin namizədliyini irəli sürüb. O, 2009-cu ildə Cümhurriyyət Xalq Partiyasından İzmir əyalətinin Seferhisar bələdiyyə sədri seçilib. İzmirdə də əsas mübarizə bu iki namizəd arasında gedəcək.

Seçki Komissiyasının sədri Sadi Güven bildirib ki, martın 31-də keçiriləcək bələdiyyə seçkilərində 57 milyon 78 min seçici iştirak edəcək. Ölkə üzrə 194 min 715 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Rəcəb Tayyib Ərdoğan seçkiqabağa kampaniya zamanı 48 gün ərzində 57 əyalətdə mitinq keçirib.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü il martın 30-da olub. Bu seçkilərdən sonra yaxın 4 il 6 ayda Türkiyədə seçkilər keçirilməyəcək. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar