Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın keçmiş milyarderi qismən səfərbərlikdən yayınaraq Dubaya qaçıb

Rusiyanın keçmiş milyarderi, tanınmış iş adamı Sergey Polonski qismən səfərbərlikdən yayınaraq Birləşmiş Ərəb Əmirliyinə mühacirət edib...

"Report" xəbər verir ki, məlumatı "Mash" yayıb.

Bildirilib ki, S.Polonski həqiqi hərbi xidmətini Hava-Dəniz Qüvvələrində keçdiyi üçün çağırılacağını düşünərək ölkəni tərk etmək qərarına gəlib. O, rusiyalı mühacirlərə biznes öyrətmək adı ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Qeyd edək ki, Sergey Polonski 1972-ci il dekabrın 1-də Sankt-Peterburqda doğulub. 2004-2011-ci illərdə Rusiyanın ən böyük inkişaf şirkətlərindən sayılan “Mirax Group”un sahibi olub. 2008-ci ildə qlobal maliyyə böhranından əvvəl o, Rusiyanın ən varlı adamlarından sayılıb. Hazırda o, əvvəllər “Nazvanie.net” adlanan MMC “Potok” holdinqində birləşmiş bir sıra kommersiya strukturlarının səhmdarıdır.

2013-cü ilin iyun ayında Rusiyada Polonskiyə qarşı dələduzluq və vətəndaşların pullarını mənimsəmə ittihamı ilə cinayət işi başlayıb. Məhkəmə onun barəsində həbs qətiimkan qərarı çıxarıb. S.Polonski 2015-ci il mayın 17-də Kambocadan Rusiyaya deportasiya edilərək Moskvada məşhur “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib. Moskvanın Presnenski Məhkəməsi 2017-ci il iyulun 12-də dələduzluq işi üzrə Polonskini 5 il müddətinə azadlıqdan məhrum edib. İş adamı iddia müddəti başa çatdığı üçün cəzasını çəkməkdən azad olunub.

Hazırda biznes təlimçiliyi ilə məşğul olan Sergey Polonski 2011-ci ilin oktyabrında Forbes jurnalının versiyası üzrə doqquz ən qeyri-adi rusiyalı iş adamından biri seçilib. 2012-ci ildən 2015-ci ilin mayına qədər Polonski Kambocada öz adasında yaşayıb. Ancaq maliyyə böhranı, həbsxanalar və məhkəmə çəkişmələr nəticəsində onun sərvəti azaldılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

pia.az 


Etiket: Sergey Polonski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar