Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın İsrail-Fələstin münaqişənin tənzimlənməsində qarant rolunda olması nə qədər mümkündür?

Sergey Lavrov deyib ki, Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə hazırdır...

Politoloq: “Rusiya hələ Sovetlər Birliyinin vaxtında Fələstin məsələsində həmişə tərəf olub və müşahidəçi rolunu oynayıb”.

Rusiya və Türkiyə Cənubi Qafqazda birlikdə fəaliyyət göstərirlər. Düşünürəm ki, Rusiya və Türkiyə Yaxın Şərqdə də səmərəli fəaliyyət göstərə bilərlər”.

Bu sözləri politoloq Əhəd Məmmədli Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-Fələstin müharibəsi haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda deyib ki, Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır. Moskva və Ankara bu məsələdə təmasdadır.

Bəs, Rusiyanın münaqişənin tənzimlənməsində qarant rolunda olması nə qədər mümkündür?

Rusiyanın Fələstin-İsrail-Fələstin müharibəsinə edə biləcəyi köməyi Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Rusiya və Türkiyə istəyir ki, ən azı Şərqi Qüds paytaxt olmaqla Fələstin dövləti tanınsın”.

SSRİ dövründə də Rusiyanın həmin ərazilərdə böyük iştirakının olduğunu xatırladan politoloq bildirib ki, bütün bunlara görə İsrail-Fələstin müharibəsinə görə Ankara Moskva yaxınlaşması normaldır:

Rusiya hələ Sovetlər Birliyinin vaxtında Fələstin məsələsində həmişə tərəf olub və müşahidəçi rolunu oynayıb. Sadəcə olaraq, SSRİ dağılandan sonra bu missiyanı tam olaraq ABŞ öz üzərinə götürdü.

İndi yenidən artıq dünya çoxqütbləşmə dövrdə gedir. Buna görə də, başqa region ölkələri və böyük dövlətlər bu məsələyə biganə qala bilməzlər. Məsələn vaxtıyla oralar Türkiyənin ərazisi olub. SSRİ dövründə də Rusiyanın həmin ərazilərdə böyük iştirakı olub. Bütün bunlara görə İsrail-Fələstin müharibəsinə görə Ankara Moskva yaxınlaşması normaldır.

Rusiya və Türkiyə Cənubi Qafqazda birlikdə fəaliyyət göstərirlər. Düşünürəm ki, Rusiya və Türkiyə Yaxın Şərqdə də səmərəli fəaliyyət göstərə bilərlər. Çünki hər iki ölkənin mövqeyi ədalətə yaxın olub. Hər iki ölkə Fələstin dövlətini 1967-ci ildəki sərhəddini bərpa etmək istəyir. Rusiya və Türkiyə istəyir ki, ən azı Şərqi Qüds paytaxt olmaqla Fələstin dövləti tanınsın. Düzdür, bu da Fələstin dövlətinin tam bərpa edilməsi deyil. Amma yenə də indiki vəziyyətdən daha yaxşı olardı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar