Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın hipersəs silahındakı liderliyi: ABŞ, həqiqətənmi müdafiəsizdir?

Kreml bəyan edir ki, onlar düşmənin istənilən müdafiə sistemini yarıb keçmək qabiliyyətində olan yeni “Avanqard” hipersəs raketini uğurla sınaqdan keçiriblər

Putin bu barədə deyib: “Mənim tapşırığımla müdafiə nazirliyinin sənaye müəssisələri bu sistemin hazırlıq və son sınaq işlərini yekunlaşdırıblar. Bu sınaq təsdiq olunan bütün taktiki-texniki məlumatları ilə elə indicə tam uğurla başa çatıb”.

Amerikan hərbçiləri “Avanqard” raketini “hipersəs planlı uçuş aparatı” adlandırırlar. Bu raket peyk və ya nüvə başlıqlı qitələrarası aparatlarda istifadə olunan raket tipləri kimi yüksək sürət alır, lakin onun trayektoriyası fərqlənir. Səsin sürətini beş dəfə ötüb keçən sürət hipersəs kateqoriyasına aid edilir.

Yer kürəsinə nisbətən yaxın məsafədə (91,44 kilometr) atmosfer qurtarır və kosmos başlayır. Hipersəs aparatı səs sürətini dəfələrlə aşaraq öz hədəfinə doğru getməyi planlaşdırır və həm də ki, hərəkət zamanı bir neçə dəfə manevr etmək qabiliyyətinə malikdir.

Nəzəri olaraq hipersəs planlı uçuş aparatı nüvə başlığı ilə yanaşı adi döyüş başlığı ilə təchiz edilə bilər. Digər tərəfdən, bu aparat ümumiyyətlə heç bir döyüş başlığı daşımasa da, öz kinetik enerjisi ilə hədəfi vura bilər. Qitələrarası Ballistik Raketlə (QBR) müqayisədə böyük manevr qabiliyyətinə və yüksək olmayan trayektoriyasına görə bu aparatı yaxalamaq imkanı çətinləşır.

2018-ci ilin martında ABŞ Silahlı Qüvvələrinin birləşmiş strateji komandanlığının üzvü – general Con Hayten senat dinləmələrində demişdi: “Bizə qarşı istifadə olunacaq bu cür silaha qarşı bizim heç bir müdafiəmiz yoxdur”.

Qitələrarası Ballistik Raketlər (QBR) artıq adi müdafiə sistemlərini yarıb keçmək qabiliyyətindədir. ABŞRusiya yaxalayıcı raketlərə malikdirlər, amma ekspertlər bu cür sürətli raketə qarşı effektli yaxalayıcı raketlərin olmasına şübhə ilə yanaşırlar.

Ballistik nüvə raketlərinə qarşı ABŞ-ın qurudakı əsas raket əleyhinə qalxanı Alyaska və Kaliforniyada yerləşir. Lakin amerikanların bu raketləri sürətinə, manevr qabiliyyətinə və dəqiqliyinə görə səsin sürətini 20 dəfə aşan Qitələrarası Ballistik Raketlərdən geri qalırlar.

ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyi bildirir ki, 2017-ci ilin təlimləri zamanı onların raket əleyhinə müdafiə sistemləri QBR tipli hədəfləri vura bliblər. Ancaq ekspertlər deyirlər ki, bu sınaqlar reallıqdan uzaqlaşdırılıb. Belə ki, raket üzrə mütəxəssis Lora Greqo bildirib: “Raket Əleyhinə Müdafiə Agentliyi uğur əldə etmək üçün müdafiə sistemlərinin işini sadələşdirib”.


Əgər ABŞ müdafiə sistemləri Qitələrarası Ballistik Raketləri vurmaq imkanında deyilsə, onda ehtimal ki, onlar Rusiyanın hipersəs aparatlarını da vura bilməyəcəklər. Deməli, onda Moskvanın döyüş cərgəsinə “Avanqard” və ya digər hipersəs aparatlarını daxil etməsinin elə də əhəmiyyəti yoxdur.

Heç bir ölkə heç vaxt uzaq radiuslu etibarlı strateji silaha sahib olmayıb. Nüvə dövlətləri bunun əvəzinə həmişə cavab zərbələrinə ümid bəsləyirlər.

Hipersəs silahları nüvə başlıqları olmadan da daha faydalı və effektli olardı. 2018-ci ilin iyulunda ABŞ Müdafiə Nazirliyinin Elmi Araşdırmalar və Təcrübə Konstruktor İşləri (EATK) üzrə mənzil qərargahının rəis müavini Maykl Qriffin xəbərdarlılqla bildirmişdi: “Bu cür növ silahların taktiki imkanlarını hərbi fəaliyyətlər teatrında və ya regional münaqişələrin gedişində tətbiq etmək olar. Hipersəs aparatları çox sürətli cavab vasitəsi, yüksək manevrlidir, onların trayektoriyasının aşkarlanması və məhv edilməsi çətindir”.

Putin bəyan edib ki, Rusiya silahlı qüvvələri 2019-cu ildə “Avanqard”la təchiz ediləcəklər. Çin və ABŞ öz hipersəs raketlərini hazırlayırlar.

Rusiyanın hədsiz dərəcədə irəliyə can atması, onun silahlı qüvvələrinin döyüş cərgəsinə etibarsız silahların qəbul olunması ilə nəticələnə bilər. 2018-ci ilin iyulunda Qriffin bildirirdi ki, ABŞ hipersəs silahının işlənib-hazırlanmasında liderliyini davam etdirir. Pentaqon hesab edir ki, ordunun tələsik hazırlanmış silahlarla təchiz olunmasına ehtiyac yoxdur.

Qriffin deyib: “Amerikanın hipersəs silahı 2020-ci ildə işlənib hazırlanacaq. Siz bizim sınaq səylərimizin necə artacağını görəcəksiniz. 2020-ci illərin başında və on illiklər ərzində ordunun bu resurslarla təchiz edilməsinin şahidi olacaqsınız”.

Qriffin Kremlin hipersəs silahı barəsindəki bəyanatları ilə bağlı şübhələrini dilə gətirib: “Mənə onların bu məsələdə hansı döyüş hazırlığı vəziyyətində olduqları məlum deyil”. (azpolitika.info)

(National İnterest-ABŞ)

pia.az


Etiket: Rusiya ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay