Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Avropa İttifaqı və Kollektiv Qərbin qoyduğu sanksiyalara məsxərəsi...

Rusiyanın xarici işlər nazirinin müavini deyib ki, Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına hazırıq...

Politoloq: “Rusiya onsuz da, Ukraynaya işğal hərəkətləri etməklə beynəlxalq hüququ məsxərəyə qoyduğu üçün sanksiyalara da belə münasibət təbiidir”.

Rusiya Ermənistan, Gürcüstan, Çin və Şimali Koreya vasitəsi ilə müxtəlif sanksiyaları yan keçir. Bununla da ayaqda durduğunu zənn edir”.

Bu sözləri politoloq Azər Qasımov Rusiyanın Avropa İttifaqının sanksiyalarını məsxərəyə qoymasını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına hazırıq. O bildirib ki, yeni məhdudiyyətlər tətbiq oluna bilər: “Lakin əvvəlki təcrübə göstərir ki, sanksiyalar işləmir. Biz cavab tədbirləri barədə düşünəcəyik”.

Bəs Avropa İttifaqı və Kollektiv Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların artıq Şimal qonşumuz tərəfindən məsxərəyə qoyulması nə anlama gəlir?

Rusiyanın sanksiya məsxərəsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Normal sivil dövlət etdiyi hərəkətə görə ona tətbiq edilən hər hansı məhdudiyyəti özünə təhqir hesab edər”.

Rusiya sanksiyaların mahiyyətinin elə onları aşağılamaq olduğunu anlamadığını vurğulayan politoloq bildirib ki, sanksiyaların işləyib-işləməməsi ikinci dərəcəli işdir:

Rusiya onsuz da, Ukraynaya işğal hərəkətləri etməklə beynəlxalq hüququ məsxərəyə qoyduğu üçün sanksiyalara da belə münasibət təbiidir. Rusiya onsuz da başa düşmür ki, sanksiyaların mahiyyəti elə onları aşağılamağa bəs edir. Sanksiyaların işləyib-işləməməsi ikinci dərəcəli işdir. Normal sivil dövlət etdiyi hərəkətə görə ona tətbiq edilən hər hansı məhdudiyyəti özünə təhqir hesab edər. Amma Rusiya üçün belə anlayış yoxdur.

Onun xalqının böyük hissəsi onsuz da, məhrumiyyətlər içərisində yaşayır. Əyalətlər hələ də Sovet İttifaqında qalıb. Heç bir inkişaf yoxdur. Bu əhali onsuz da kartof, duzlu xiyar və samaqonla yaşamağa vərdiş edib. Təbii ki, onlar üçün müasir texnologiya məhsullarına, sivil insan tələbatına uyğun qidalara çatmamaq elə də fərq etməyəcək. Əslində məsxərəyə qoyulması lazım olan budur.

Rusiya Ermənistan, Gürcüstan, Çin və Şimali Koreya vasitəsi ilə müxtəlif sanksiyaları yan keçir. Bununla da ayaqda durduğunu zənn edir. Adının “izqoy", sivil cəmiyyətlərdən qovulmuş ölkələrlə bir çəkilməsindən utanmır. Zatən utanan olsa idi, qardaş Ukrayna xalqının torpaqlarına göz dikib, öz soydaşlarını öldürməzdi. Yaxşı deyiblər ki, utanmasan oynamağa nə var ki”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Dövlət Departamenti: Cənubi Qafqaz məsələsi dövlət katibi və digər rəsmi şəxslər üçün prioritet məsələdir

Ən çox oxunanalar