Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan Avropaya ixracın rekord səviyyədə artması necə baş verir? - Şərh

Ötən il Rusiyadan Avropaya mal ixracı rekord səviyyədə artıb...

İqtisadçı-ekspert: “RusiyaAvropa İttifaqı arasında olan ticarət dövriyyəsinin artması maraqlı haldır”.

“Əgər biz ticarət dövriyyəsinin strukturunda olan statistikaya baxsaq, görərik ki, həqiqətən də, məhz ilin birinci yarısında, sanksiyaların vüsət almadığı dövrdə kəskin dövriyyə artıb”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov ötən il Rusiyadan Avropaya mal ixracının rekord səviyyədə artmasının səbəblərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Ötən il Rusiyadan Avropaya mal ixracı rekord səviyyədə artıb və 203,4 milyard avro təşkil edib. Bilirik ki, müharibə səbəindən ötən il Rusiyaya qarşı çoxsaylı sanksiya paketləri tətbiq edilib və Rusiya tərəfindən Avropaya ixrac olunan neft və qaz demək olar ki, dayandırılıb.

Belə olan halda Rusiyadan Avropaya ixracın rekord səviyyədə artması necə baş verir və bu artım sanksiyaların effektliliyini necə göstərməkdədir?

Mövzunu Poliqon.info-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Sanksiyalar haqqında proqnozlar və əlaqələr arasında olacaq problemlərin proqnozlaşdırılması ilin birinci yarısında ticarət dövriyyəsinin kəskin artmasına gətirib çıxarıb”.

Rusiyada olan istehsal sənayelərinin tənəzzülü, həmin istehsal sənayelərinə yönəlik daxili resursların Avropaya ixracına gətirib çıxardığını nəzərə çatdıran ekspert qeyd edib ki, bütün bunların da böyük hissəsinə ilin birinci yarısında rast gəlinir:

RusiyaAvropa İttifaqı arasında olan ticarət dövriyyəsinin artması maraqlı haldır. Amma o qədər də qeyri-mümkün deyil. Əvvəla ona görə ki, Rusiyaya tətbiq olunan sanksiyalar ilin ikinci yarısından başlayaraq daha çox hiss edilməyə başladı. Ancaq sanksiyalar haqqında proqnozlar və əlaqələr arasında olacaq problemlərin proqnozlaşdırılması ilin birinci yarısında ticarət dövriyyəsinin kəskin artmasına gətirib çıxarıb. Yəni, əgər biz ticarət dövriyyəsinin strukturunda olan statistikaya baxsaq, görərik ki, həqiqətən də, məhz ilin birinci yarısında, sanksiyaların vüsət almadığı dövrdə kəskin dövriyyə artıb.

Ticarət dövriyyəsinin artmasında birinci hissədə olan neft-qazdır. Eyni zamanda da xammaldır. Yəni xammala yönəlik idxal çox olub. Statistikaya baxanda biz bu rəqəmləri görə bilərik. Digər bir tərəfdən də Avropadan Rusiyaya gedən malların kəskin azalması bilavasitə Rusiyada sənayesinin geriləməsinə gətirib çıxaracaq. Rusiyada istər hərbi, istər aviasiya sənayesi, istər dərman sənayesi, istərsə də digər sənayelər geriləyəcək. Çünki müasir texnoloji avadanlıqlar Rusiyaya bilavasitə Avropdan idxal olunurdu.

Eldəniz Əmirov: “Böyük ehtimalla bu il RusiyaAvropa İttifaqı arasında olan ticarət dövriyyəsində artma olmayacaq”.

Avropadan da idxalın azaldılması, bəzilərinin də tamamilə dayandırılması nəticə etibarilə həmin dayanan sahədə istifadə olunacaq xammalın Rusiyada istifadəsi deyil, Avropada satışına zərurət yaratdı. Bir sözlə, Rusiyada olan istehsal sənayelərinin tənəzzülü, həmin istehsal sənayelərinə yönəlik daxili resursların Avropaya ixracına gətirib çıxardı. Bütün bunların da böyük hissəsinə ilin birinci yarısında rast gəlinir. Əsas səbəb də budur.

Hesab edirəm ki, böyük ehtimalla bu il RusiyaAvropa İttifaqı arasında olan ticarət dövriyyəsində artma olmayacaq. Əgər 2023-cü ildə müharibə problemi həll olunmasa, bu il ölkələr arasında ticarət dövriyyəsində artım olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay