Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Ukrayna diplomatik savaşlarını MDB məkanına daşıyırlar?..

Çərşənbə günü Vladimir Zelenski azərbaycanlı həmkarına zəng edib, cümə axşamı isə Qazaxıstan prezidenti ilə də danışıb...

Siyasi-şərhçi: “Hesab edirəm ki, Zelenski Qərbdəki tərəfdaşlarının diktəsi ilə region ölkələrinə “qarmaq” atır”.

“İki gün ardıcıllıqla faktiki üçüncü dünya müharibəsi aparan iki dövlətin rəhbərinin Azərbaycan Prezidentinə zəng etmələrinin əslində Azərbaycan dövlətinin gücündən, dünyadakı nüfuzundan xəbər verir”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ukraynanın MDB məkanında Rusiyaya qarşı başlatdığı diplomatik səyləri Poliqon.info-a şərh edərkən qeyd edib.

RusiyaAzərbaycan prezidentləri telefonla danışdığı günün sabahısı Ukrayna dövlət başçısı Vladimir Zelenski azərbaycanlı həmkarına zəng etdi. Eyni zamanda Zelenski dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də danışıb. Qeyd edək ki, KTMT və Aİİ-nin üzvü olan Qazaxıstan Rusiyanın strateji müttəfiqi sayılır. Bu üzdən də Zelenskinin bu diplomatik həmləsi maraq doğurur.

Bəzi məlumatlara görə Qətərin vasitəçiliyi ilə Ukrayna İranla da intensiv danışıqlar aparırır.

Ukraynanın Rusiyanın aktiv olduğu və özünə bu və ya digər şəkildə müttəfiq olaraq gördüyü ölkələrlə diplomatik səylərini artırması nədən xəbər verir? Xüsusən, MDB məkanında Ukraynanın Rusiyaya qarşı diplomatik səyləri nə qədər uğurlu ola bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Təəssüf ki, MDB məkanına Rusiyanın hər zaman təsiri yüksək olub, bu gün də belədir”.

Zelenskinin günlər öncəki Avropa səfərindən sonra bu cür telefon zəngləri etməsini təsadüfi hesab etməyən siyasi-şərhçi Ukrayna prezidentinin bu səfəri zamanı Rusiya ilə yaxın əməkdaşlığı olan ölkələrlə münasibətlərin daha sıx şəkildə qurulması da müzakirələr sırasında olduğunu istisna etməyib:

“Düşünürəm ki, bu normal haldır. Hər bir dövlətə xas olan adi prosedur qaydalardan biri sayılır. Təbii ki, indi burada Rusiya-Ukrayna müharibəsinin fonunda siyasi gediş daha çox görünür.

Son bir ildə demək olar ki, şimal qonşumuz bütün dünya tərəfindən təcrid olunmuş durumda görünür. Hesab edirəm ki, Zelenski Qərbdəki tərəfdaşlarının diktəsi ilə region ölkələrinə “qarmaq” atır. Amma o qarmağa heç bir balıq düşməyəcək. Adını çəkdiyiniz, eləcə də, çəkilməyən ölkələr var ki, Rusiyaya bu işğalçı müharibədə dəstək vermirlər, amma etiraf edək ki, Ukraynaya da eyni mövqeni sərgiləyirlər. Düşünürəm ki, bundan sonra da belə olacaq.

Zelenskinin günlər öncəki Avropa səfərindən sonra bu cür telefon zəngləri etməsi də təsadüfi deyil. Təbii ki, Ukrayna prezidentinin bu səfəri zamanı Rusiya ilə yaxın əməkdaşlığı olan ölkələrlə münasibətlərin daha sıx şəkildə qurulması da müzakirələr sırasında olduğunu istisna etmirəm. Amma yuxarıda da qeyd etdiyim əsl niyyətə çatılmayacaq.

Bu üç dövləti ayrı-ayrılıqda təhlil etsək görərik ki, Azərbaycan bütün hallarda, dövlətlərarası yaşanan gərginliklərdə balansı tam qorumağa çalışıb, ümumi dövlət siyasətində bu siyasətə daim üstünlük verib. Bu da sadəcə uğur gətirib. Bu müharibədə də humanist mövqedən çıxış edərək, Ukraynaya kifayət qədər humanitar yardım göstərmişik.

Onu da qeyd edim ki, iki gün ardıcıllıqla faktiki üçüncü dünya müharibəsi aparan iki dövlətin rəhbərinin Azərbaycan Prezidentinə zəng etmələrinin əslində Azərbaycan dövlətinin gücündən, dünyadakı nüfuzundan xəbər verir.

Cavanşir Abbaslı: “MDB məkanında Ukraynanın Rusiyaya nisbətdə uğurlu görünməsi qeyri-mümkündür”.

Qazaxıstan da MDB ölkəsi olaraq təzəcə Rusiya təhlükəsini burnunun dibində hiss edib. Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılması prosesini nəzərdə tuturam. Eyni zamanda, Qazaxıstana Rusiya təsiri Qərb dünyasına nisbətdə olduqca yüksəkdir. Ümumiyyətlə, təəssüflə deyək ki, MDB məkanına Rusiyanın hər zaman təsiri yüksək olub, bu gün də belədir, səhər də belə olacaq.

İndi isə, İrana gələk. Cənub qonşumuzun ABŞ başda olmaqla, Avropa məkanı ilə münasibətləri bəllidir, soyuq küləklər əsir, bu fırtına getdikcə güclənməkdədir. Rəsmi Tehrana ard-arda sanksiyalar gəlir. Belə bir şəraitdə Zelenski hər gün iranlı həmkarına zəng etsin, heç bir xeyri olmayacaq. MDB məkanında Ukraynanın Rusiyaya nisbətdə uğurlu görünməsi qeyri-mümkündür” .

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket: Rusiya-Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ən çox oxunanalar