Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur...

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.

Hər iki teatra "milli" statusunun verilməsi "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na uyğun qərara alınıb.

Teatrlara “milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Bununla bərabər, status alan teatrların adına "milli" sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək.

Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

Poliqon.info


Etiket: Teatr Maaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar