Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya üzərində xüsusi tribunal üzrə koalisiyaya daxil olan 37 ölkənin liderləri distant sammit keçiriblər

Ukraynaya qarşı təcavüz cinayətləri üzrə xüsusi tribunalın qurulması üzrə Koalisiyada (Core Group) iştirak edən 37 ölkənin liderləri mayın 9-da görüş keçirərək belə bir mexanizmin yaradılması ideyasını dəstəklədiklərini təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi və Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə keçirilən sammitə koalisiyaya üzv 37 ölkənin nümayəndələri qatılıb.

“Sammit Koalisiyanın birliyini nümayiş etdirib və sübut edib ki, Rusiyanın ali rəhbərliyinin təcavüz cinayətinə görə məsuliyyəti qaçılmazdır. Bütün iştirakçılar yekdilliklə Rusiyanın ali siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı təcavüzkar müharibənin başlamasına görə məsuliyyətə cəlb olunmasını dəstəklədiklərini bir daha təsdiqləyiblər”, - kommünikedə deyilib.

Yekunda koalisiya üzvü ölkələr belə bir ədalət mexanizminin yaradılması ideyasını dəstəklədikləri birgə bəyanat qəbul ediblər.

İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen də şəxsən iştirak edib.

“Aİ Rusiya Federasiyasının təcavüz cinayəti üzrə xüsusi tribunalının yaradılmasını dəstəkləyir. Bunun üçün ilk addım olaraq biz sübutlar toplamalı, saxlamalı və təhlil etməliyik. Bunun üçün Ukrayna qarşı Təcavüz Cinayətlərinin Araşdırılması üzrə Beynəlxalq Mərkəz yaradılmalıdır”, - o, görüşdən sonra bildirib.

Zelenski çıxışında xüsusi tribunal modeli və digər təfərrüatlarla bağlı müzakirələrin davam etdirilə biləcəyini qeyd edib, lakin vurğulayıb ki, “bu, tribunal olmalıdır”:

“Mən şadam ki, bizim aramızda tamamilə aydın razılıq var ki, cinayətə görə təcavüzkarın məsuliyyəti qaçılmaz olmalıdır. Bu, təcavüz cinayətinə görə təcavüzkarın məsuliyyətidir”, - o əlavə edib.

Poliqon.info


Etiket: Ukrayna Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar