Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya haqqında qanun Polşada “cini lampadan” çıxarıb...

Polşada “Rusiyanın təsiri” haqqında qanun vətəndaş müharibəsinə səbəb ola bilər...

Polşada “Rusiya təsiri” haqqında qanunun ölkə üçün vətəndaş müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edilib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinin məlumatında bildirilir.

Qeyd edək ki, prezident Anjey Duda “Rusiyanın 2007-2022-ci illər arasında Polşa siyasətinə təsirini araşdırmaq üçün dövlət komissiyasının yaradılması haqqında” qanunu imzalayıb.

Anjey Duda və Hüquq və Ədalət (PiS) Partiyasının liderləri deyirlər ki, bu, Kreml agentlərinin Polşada kökünü kəsmək cəhdidir. Lakin müxalifət xəbərdarlıq edir ki, komissiya siyasi rəqibləri, xüsusən də Polşanın keçmiş Baş naziri və prezidenti Donald Tusku hədəfə almaq niyyətindədir.

Qeyd olunur ki, Polşa müxalifəti komissiyanın yaradılmasını seçkilər öncəsi PiS-in rəqiblərini qorxutmaq üçün nəzərdə tutulmuş siyasi silah adlandırıb.

Prezident Anjey Duda bu gün ölkəmizi həm daxildə, həm də xaricdə ciddi şəkildə zəiflədib. O, Polşada vətəndaş müharibəsi törətmək qərarına gəlib”, deyə "Polşa 2050" müxalifət partiyasının rəhbəri Szimon Holovnia bildirib.

Polşa rəhbərinin imzaladığı qanundan danışan solçu lider Vlodzimek Çarzasti isə “Siz ölkəmizdə demokratiya üçün tamamilə biabırçı bir şey etdiniz”, deyib.

Solçular həmçinin Dudanı Dövlət Tribunalının qarşısına çıxmağa çağırıblar.

Nəşrin yazdığına görə, qanunun tənqidçiləri hesab edirlər ki, belə bir komissiyanın yaradılması Konstitusiyanı pozur, çünki onun funksiyaları dəqiq müəyyən edilməyib və komissiya üzvləri müəyyən edilmiş prosedur olmadığı halda hər hansı cinayət məsuliyyətindən qorunur.

Varşavadakı Sosial və Humanitar Elmlər Universitetinin dosenti Ben Stenli öz Twitter hesabında yazıb: “Duda məhkəmələrin, prokurorluğun və məxfi xidmətlərin funksiyalarını mənimsəyəcək komissiya yaratmağa icazə verən qanun imzalayıb” .

TASS-ın məlumatına görə, Avropa Komissiyası və ABŞ Dövlət Departamenti Polşa hakimiyyətinin yeni qanunu qəbul etməsindən narahatlığını bildirib və bu qanundan “Polşada azad və ədalətli seçkilərə müdaxilə etmək üçün qeyri-düzgün istifadə oluna biləcəyini” bildiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar