Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Çindən hərbi yardım istəyir... - Dünyanın ən qüdrətli ikinci ordusunun hərbi sənayesi çöküb?..

Beynəlxalq reytinqlərdə dünyanın ikinci qüdrətli ordusu olaraq görünən Rusiya ordusunun düşdüyü vəziyyət çoxlu suallar yaradır...

Hərbi ekspert: “Rusiya sülhməramlılarının bir hissəsinin həm Qarabağdan, həm də digər ərazilərdən çıxarılıb Ukraynaya aparılması da Rusiyanın qarşılaşdığı problemlərin miqyasını göstərməkdədir”.

“Çinin Rusiyaya hərbi yardım göstərməsi mümkündür. Çünki Rusiya müharibə aparan bir dövlətdir. Onun da müttəffiqlərindən nəyisə əldə etməsi, satın alması da gözləniləndir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Rusiyanın Çindən hərbi texnika istəməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Qərb mətbuatı Rusiyanın Çindən hərbi texnika istəməsi ilə bağlı məlumat yayıb. Rəsmi bildirib ki, Rusiya Çindən sanksiyalara qarşı çıxmaq üçün daha çox iqtisadi yardım istəyib. Verilən məlumatlara görə, Rusiya Çindən hərbi texnika ilə yanaşı canlı qüvvə də istəyib.

Amerika rəsmiləri Moskvanın axtardığı hərbi texnikanın növünü açıqlamaqdan imtina ediblər. Onlar həmçinin Rusiyanın sorğularına Çinin hər hansı cavabını müzakirə etməkdən imtina ediblər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Salliven Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin rolunu müzakirə etmək üçün bazar ertəsi Romada yüksək çinli rəsmi ilə görüşməyi planlaşdırır. Ağ Evdən verilən açıqlamada isə bildirilir ki, Vaşinqton Pekini Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı kəskin şəkildə xəbərdar edib. Bildirilir ki, Çinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq cəhdlərinə görə Vaşinqton Pekinə qarşı da sanksiyalar tətbiq edə bilər. Bu gün Romada keçiriləcək görüşün əsas mövzularından biri də Rusiyanın Çin valyutasında saxladığı valyuta ehtiyyatını Pekinin dondurması ilə bağlı müzakirələr olacaq. Qeyd edək ki, Çin öz valtuta ehtiyyatının 40%-ni ABŞ dolalrında və Britaniya funt sterlinqində saxlayır ki, bu da Pekinin özünün də Vaşinqton qarşısında zəif duruma salmaqdadır.

ABŞ-dan verilən məlumata görə iki həftəlik savaşdan sonra Rusiyanın bəzi silah növləri tükənmək üzrədir. Dünyanın ikinci qüdrətli ordusunun düşdüyü bu vəziyyəti necə dəyərləndirmək oıar və Çinin Rusiyaya hərbi yardım göstərməsini mümkün hesab etmək olarmı?

Rusiya ordusunun son vəziyyətini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Rusiyanın vəzifələrinin cəmi 10 faizini yerinə yetirdikdən və cəmi 18 gün müharibə apardıqdan sonra belə bir xahişlə müraciət etməsi Rusiyanın daha qısa müddətdə müharibəni bitirəcəyini planlaşdırdığına əsas verir”.

Əgər əvvəllər Rusiya Çinə texnologiya transfer edirdisə, indi Rusiyanın Çindən texnologiya almaq istədiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bu Rusiyanın müharibədə planlaşdırdığı müddətdə əməliyyatları başa çatdırmaması ilə də əlaqələndirilə bilər:

“İstənilən halda 18 gündür ki, davam edən müharibədə Rusiya tərəfinin həm şəxsi heyət, həm də texnika baxımından itkiləri çox böyükdür. Kifayət qəfər raket resurlarının da bu müharibədə istifadə olunduğunu da nəzərə alarsaq, yücum vəziyyətində olan Rusiya ordusunun vəziyyəti heç də qənaətbəxş görünmür. Bəzi məlumatlara görə Rusiyanın ballistik raketləri də artıq azalır və Rusiyanın bu tipli artıq qənaətlə tətbiq etməsinə dair məlumatlar daxil olmaqdadır. Rusiya sülhməramlılarının bir hissəsinin həm Qarabağdan, həm də digər ərazilərdən çıxarıb Ukraynaya aparması da Rusiyanın qarşılaşdığı problemlərin miqyasını göstərməkdədir.

Rusiya ilə Çin arasında hərbi-texniki əlaqələr hər zaman mövcud olub. Bu əlaqələr indi də mövcuddur. Əgər əvvəllər Rusiya Çinə texnologiya transfer edirdisə, indi Rusiya Çindən texnologiya almaq istəyir. Bu həm mülki əhali arasında artan itkilər fonunda Rusiyaya qarşı təzyiqlərin artması ilə əlaqəlidir, həm də Rusiyanın müharibədə planlaşdırdığı müddətdə əməliyyatları başa çatdırmaması ilə də əlaqələndirilə bilər.

Çinin Rusiyaya hərbi yardım göstərməsi mümkündür. Çünki Rusiya müharibə aparan bir dövlətdir. Onun da müttəffiqlərindən nəysə əldə etməsi, satın alması gözləniləndir. Amma bir məsələ var ki, Rusiyanın vəzifələrinin cəmi 10 faizini yerinə yetirdikdən və cəmi 18 gün müharibə apardıqdan sonra belə bir xahişlə müraciət etməsi Rusiyanın daha qısa müddətdə müharibəni bitirəcəyini planlaşdırdığına əsas verir və görünür ki, Rusiya ordusu hücumu davam etdirmək üçün çıxılmaz vəziyyətə düşməkdədir”.

Qeyd edək ki, rəsmi Pekin Rusiyanın Çindən hərbi və iqtisadi yardım istəməsi ilə bağlı iddialarına münasibət bildirib. Məlumatların dezinformasiya kimi qiymətləndirildiyi vurğulanıb.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar