Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus xalqının çətin günləri: İqtisadiyyat və pandemiya...

Rusiya xalqı iki problemin arasında ilişib qalıb: sağlamlıq sistemi və ya iqtisadi sistem - hansı birinci çökürsə çöksün, dağıntıların altında qalan yenə az gəlirli insanlar olacaq...

Nadir Dövlət

“The Independent” qəzeti, 29 aprel 2020-ci il

Rusiya Federasiyası nefti 42 dollar hesablayaraq 2020-ci il üçün öz büdcəsini hazırlamışdı. Ancaq Rusiyanın Ural neftinin hazırda bir barreli Rotterdamda çatdırlma və sığorta daxil olmaqla 16,39 dollara özünə alıcı tapır.

Bu fərq büdcədə 50% kəsir olacağını göstərir. Bununla belə, Mərkəzi Bank rublun həddən artıq ucuzlaşmasına müdaxilə edir. Buna nail olmaq üçünsə Milli Rifah Fondundan xarici valyuta satır. Bu şəkildə, rubl yalnız 2% dəyər itirib. Beləliklə, xalq hələlik ehtiyaclarını ödəyə bilir.

Lakin Rusiyada aparılan son araşdırmaya görə, iş dünyasında vəziyyət çox pisdir və böhran getdikcə daha da dərinləşir. Şirkət nümayəndələrinin 30%-i normal şəkildə işlədiklərini bildirib. Şirkətlərin 18%-i isə işləri dayandırıb. Onların 52%-i məhdud şəkildə işləməyə çalışır. İflasdan narahat olan şirkətlərin nisbəti isə 31%-dir.

“Kommersant” qəzetinə kadrlar üzrə mütəxəssislərinin verdiyi məlumata görə, karantin rejimi davam edərsə, may ayının sonuna qədər 20-25 milyon insan işsiz qalacaq.

Karantin müddətinin uzadılması barədə də çox danışılır. Bu səbəbdən, işsizliyin artması ehtimalı da yüksəkdir.

Digər ölkələrdə olduğu kimi, Rusiya Federasiyasında da koronavirus pandemiyası restoran, kafe, bar və əyləncə yerləri də daxil olmaqla, bir çox sektora mənfi təsir göstərib. Bəzi məşhur markalar filiallarının 50%-ni bağlamalı olduqlarını bildiriblər. Təkcə “Mc Donald's”ın yeni filiallar açılmağı planlaşdırdığı bildirir. Başqa sözlə, “Mc Donald's” pandemiyadan sonra yaranacaq boşluqdan istifadə etmək üçün bir strategiya qurmağı planlaşdırır. Lakin ticarət onsuz da riskli deyilmi?

Martın sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin insanları evdə saxlamaq və virusun yayılmasını dayandırmaq üçün həftəlik ödənişli məzuniyyət elan edib. Ancaq 3 həftə keçməsinə baxmayaraq, banklar insanların kredit tələblərini qarşılamayıblar. Şikayətlərdən sonra İqtisadiyyat naziri Maksim Reşetnikov iki böyük kredit bankına zəng edib. Onlardan biri hökumətdən yazılı bir göstəriş gəlmədiyini iddia edib, ikincisi isə yalnız may ayında ödəniş edə biləcəyini deyib və hökumətin təcili kredit tələbini qarşılanmayıb.

28 apreldə Putin Rusiya Federasiyasının əyalət rəhbərlərinə yenidən telekonfrans vasitəsilə təlimatlar verib. Bildirib ki, 30 aprelə qədər davam edən karantin rejimi 11 maya qədər uzadılıb. Bununla da o, koronavirus pandemiyasının hələ də çox şiddətli olduğunu etmiş olub.
Eyni zamanda, Rusiyada işlərin yolunda getmədiyini, ya da düzgün aparılmadığını göstərən bir çox məlumatlar var. İşləyən insanların 20%-nin rəsmi işsizlik sənədləri var. Sayları bundan 2 dəfə çox olan işsizlər isə, nə qədər çalışsalar da bu sənədi ala bilməyiblər. Buna görə də dövlət yardımı ala bilməyəcəklər.

Tikinti layihələrində də hökumətlə yerli idarəetmələr arasında fikir ayrılıqları mövcuddur. Moskva meri ilə birlikdə 45 əyalətdə aprelin sonunadək bütün tikintiləri dayandırsa da, 40 əyalətdə tikinti aparılmaqda davam edir.

Maksim Reşetnikov ölkə iqtisadiyyatının bu günə qədər 100 milyard rubl, yəni təxminən 1 milyard 300 milyon dollar itki verdiyini açıqlayıb.

Rusiya Federasiyası keçən il 1,3% böyümüşdü. Mərkəzi Bank bu il 6% azalma gözləyir. Lakin azalma daha da çox ola bilər.

Turizm sahəsindəki mütəxəssislər də avqust ayından etibarən yenidən fəaliyyətə başlayacaqlarını bildiriblər, dövlət orqanları isə “ehtiyatlı olun”, deyə turizm şirkətlərinə xəbərdarlıq edib. Başqa sözlə, hökümət avqusta qədər pandemiyanın bitmə ehtimalının az olduğuna işarə edib.

Aprelin 28-də Rusiyada pandemiyanın başlanmasından bu yana ən çox yoluxma faktı qeydə alınıb. Ümumi yoluxma sayı isə 95 mini keçib. Rusiya bu yoluxma sayı ilə dünya üzrə Türkiyədən sonra 8-ci pilləyə yüksəlib.

Rusiyada koronavirus pandemiyası üçün monitorinq mərkəzinin sözçüsü Aleksandr Myasnikov gələcəkdə dünyanın Covid-19 pandemiyasından belə daha ölümcül bir hadisə ilə üzləşəcəyini bildirib:

“Hamımız 30-35% ölümə səbəb olacaq ciddi bir epidemiya gözləyirik”.

Əlbəttə, bunlar fərziyyələrdir.

Koronavirus xəstələrinin çox olduğu Sankt-Peterburq xəstəxanasında bu günədək 130-dan çox tibb işçisi koronavirusa yoluxaraq ölüb.

Bir çox ölkələr kimi Rusiya da bu pandemiyaya hazır deyildi. Putinin banklar üçün verdiyi göstərişlərə əlavə olaraq, Baş nazir Mixail Mişustin koronavirusla əlaqəli həll yolları və vətəndaşlara dəstək olmaq üçün bir sıra yeni göstərişlər irəli sürüb. Əslində, bu təlimatı çarəsizlik və məlumat çatışmazlığı kimi qəbul etmək olar. Ən diqqət çəkici təlimat isə Səhiyyə Nazirliyinə verilən göstərişdir. Nazirliyə verilən göstərişə əsasən, pandemiya şəraitində təcrübə keçən 4-cü və 5-ci kurs tibb tələbələrinə ödəniş edilməsi və onların yüngül Covid-19 xəstələrinin müalicəsində iştirak etmələri tələb olunub. Bu təlimat, əslində, Covid-19 xəstələri üçün tibb işçilərinin kifayət etmədiyini göstərir.

Əlbəttə ki, burada “yüngül Covid-19 xəstələri” ifadəsinin nə demək olduğu tam başa düşülmür. Bəlkə də, sağalmağa başlayan xəstələr nəzərdə tutulub.

Pandemiyanın ikinci dalğası olacağını deyirlər

Almaniya göstəriş verib ki, istisnasız olaraq hər kəs qoruyucu maska ​​taxmalıdır.

Çin 10 milyon əhalisi olan Harbin şəhərinə Rusiyadan gələnlərin girib-çıxmasını qadağan edib. Bu da Çində pandemiya probleminin həll edilmədiyini göstərir.

Rusiyada da bəzi qruplar koronavirusla bağlı sayların həqiqəti əks etdirmədiyini iddia edirlər. İşin nə qədər ciddi olduğunu da orduda 900-dək əsgərin koronavirusa yoluxması göstərir. Yəqin ki, bu rəqəm daha da yüksəkdir.

Xülasə, Rusiya xalqı iki problemin arasında ilişib qalıb: sağlamlıq sistemi və ya iqtisadi sistem - hansı birinci çökürsə çöksün, dağıntıların altında qalan yenə az gəlirli insanlar olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar