Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Axundovun canlı yayımdan qovulması ilə bağlı şuradan açıqlama

Xəbər verildiyi kimi Milli Televizya və Radio Şurasının “Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyduğu müğənni rüfət Axundov bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində Rüfət Axundov qonaq olub

Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

PİA.az xəbər verir ki, bununla bağlı Redaktor.az saytına açıqlama verən MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev isə söyləyib ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Milli Televiziya və Radio Şurasının telekanalların daxili yaradıcılıq işlərinə qarışmaq səlahiyyətinin olmadığını nəzərə alaraq Bizimyol.info şuranın aparat rəhbəri Asəf Hacıyevlə yenidən əlaqə saxlayıb və o mətbuatda verdiyi açıqlamanın konteksdən çıxarıldığını, açıqlamanın dorğu şəkildə oxuculara təqdim olunmadığnı bildirib:

“Mətbuat hərdən elə şeylər yazır ki, adam çıxılmaz vəziyyətdə qalır. Yazırlar ki, MTRŞ qərarı ilə Rüfət Axundov efirdən uzaqlaşdırıldı. Ay qardaş, nə qərar, nə efirdən uzaqlaşdırmaq? Sonradan mən zəng edirəm deyirlər ki, başlıq elə gedib və s. Sabah mənə deyəcəklər ki, açıqlama vermisən ki, MTRŞ qərarı ilə uzaqlaşdırılıb, hansı qərarla uzaqlaşdırılıb Rüfət Axundov efirdən? Şura heç kimi efirdən çıxartmayıb, biz yalnız telekanallara tövsiyyə edə bilərik”.

Həminin aparat rəhbəri əlavə edib ki, Milli Telviziya və Radio Şurası telekanalların daxili yaradıcılıq işlərinə qarışa bilməz və şuranın elə bir səlahiyyəti də yoxdur:

“Milli Televiziya və Radio Şurasının vəzifəsi ondan ibarət idi ki, “Space” telekanalında yayımlanan o qeyri-etik ifadələ görə müğənninin yox birbaşa telekanalı cəzalandırdı. Protokol tərtib olundu və protokol da məhkəməyə göndərildi. Qaldı ki, müğənnilərin efirə buraxılmaması məsələsinə, biz telekanallara şifahi olaraq tövsiyə etdik ki, bu insanlar efirdə qeyri-etik ifadələr işlətdiyinə görə verilişlərə dəvət olunmasınlar. Bundan sonrakı məsələlər isə telekanalın öz üzərinə düşən məsələdir. Bizim səlahiyyətimiz xaricindədir telekanalların daxili yaradıcılıq işlərinə qarışmağımız. Kimi dəvət edirlərsə bu onların öz işləridir, biz sadəcə tövsiyyə etdik.

Bu gün Rüfət Axundov dəvət edilib verilişə və verilişdən uzaqlaşdırılıb, MTRŞ işə qarışıb deyə qələmə vermək düzgün deyil. Rüfət Axundovu efirə dəvət etmək telekanalın özünün problemidir. Şuralıq heç bir problem yoxdur. Məlumat yayırlar ki, güya biz müğənniyə vaxt qoymuşuq ki, 3-5 ay efirə buraxılmasın. Biz konkret olaraq heç kimə müddət qoymamışıq. Sadəcə tövsiyə etmişik ki, bu insanlar qeyri-etik ifadə işlətdiyinə görə başqalarına dərs olamsı üçün efirə buraxılmasın. Telekanal dəvət edirsə biz niyə onların işinə qarışaq? Bizim elə bir səlahiyyətimiz də yoxdur axı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay