Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldo 2023-cü ildə ən çox qazanan idmançı oldu - Siyahı

Portuqaliyalı Kriştiano Ronaldo "Forbes"in 2023-cü ildə ən çox qazanan 10 idmançı siyahısına başçılıq edərək. Ulduz futbolçu meydanda və meydandan kənarda təxminən 136 milyon dollar qazanıb.

Poliqon "Forbes"ə istinadə xəbər verir ki, Ronaldonun maaşı və bonusları onun qazancına 46 milyon dollar əlavə edib. Futbolçuya lisenziya gəlirləri və digər biznes fəaliyyətləri 90 milyon dollar qazandırıb.

Yanvar ayında “Mançester Yunayted”dən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən 38 yaşlı futbolçu futbolun ən böyük adlarından biri olaraq qalır. O, əvvəllər "Sportinq", "Real Madrid", "Yuventus" və "Mançester Yunayted" klublarında da oynayıb.

Siyahıda ikinci yeri 130 milyon dollar gəlirlə PSJ-nin argentinalı ulduzu Lionel Messi tutub. Onun PSJ-dəki komanda yoldaşı, fransalı hücumçu Kilian Mbappe isə 120 milyon dollar gəlirlə siyahıda üçüncü olub.

Siyahıda ilk beşliyi "Los Angeles Lakers"ın basketbolçusu LeBron Ceyms və meksikalı boksçu Saul Alvares tamamlayıb.

1. Kriştiano Ronaldo (futbol) - 136 milyon dollar
2. Lionel Messi (futbol) - 130 milyon dollar
3. Kilian Mbappe (futbol) - 120 milyon dollar
4. LeBron Ceyms (basketbol) - 119,5 milyon dollar
5. Saul Alvares (boks) - 110 milyon dollar
6. Dastin Conson (qolf) - 107 milyon dollar
7. Pil Maykelson (qolf) - 106 milyon dollar
8. Stepen Curri (basketbol) - 100,4 milyon dollar
9. Rocer Federer (tennis) - 95,1 milyon dollar
10. Kevin Durant (basketbol) - 89,1 milyon dollar

Poliqon.info

 


Etiket: Ronaldo


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Ən çox oxunanalar