Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Moskva: Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının növbəti raundunu təşkil etməyə hazırıq

Rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bir sıra erməni siyasətçilərin Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səyləri və 2020-2022-ci illərdəki üçtərəfli sazişlərin ən yüksək səviyyədə səmərəsiz olması ilə bağlı iddialarına cavab olaraq bildirib.

Bakı ilə İrəvan arasında əsirlərin mübadiləsinə dair son sazişlərin və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın reqlamentinə dair razılaşmanın əhəmiyyətinə baxmayaraq, Rusiyanın məsləhətçi köməyi ilə üç liderin razılaşdığı real delimitasiya işləri 2021-ci ilin noyabrından hələlik işə salınmayıb. Avropa İttifaqının missiyasının gəlişinə görə Ermənistan tərəfi sərhəd zonalarında vəziyyəti sabitləşdirmək üçün KTMT mexanizmlərindən imtina edib”, - M.Zaxarova qeyd edib.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, yüksək səviyyəli liderlərin yuxarıda qeyd olunan qərarlarının icrasının dayandırılması bəzilərinin iddia etdiyi kimi, Moskvanın siyasətinin deyil, İrəvanın hərəkətlərinin uyğunsuzluğunun birbaşa nəticəsidir.

“Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - Rusiya tərəfinin bütün lazımi yardımı göstərməyə hazır olduğu, aktuallığı və faydalılığı dəfələrlə sübut edilmiş üçtərəfli sazişlərin icrasına qayıtmaq, - M.Zaxarova vurğulayıb.

Poliqon.info 


Etiket: Zaxarova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar