Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Bayramlının atası oğlunun istefasından danışdı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının atası Baba Bayramlı oğlunun rəhbərlik etdiyi qurumdan istefa verməsi ilə bağlı açıqlama verib.

B.Bayramlı bildirib ki, oğlunun şəxsi işinə qarışmır.

“Özü-özünə bunu məsləhət bilib. Nəticədə öz istəyi ilə ərizəsini yazıb və işdən çıxıb. Heç nəyə də ehtiyac yoxdur. Şükür Allaha, oğlum qabiliyyətli oğlandır, inşallah özünə bir iş də tapar. Səhərdən axşama kimi işinin başında olurdu. Evi-eşiyi qalmışdı kənarda. Dedim, nəyə görə istefa verdin? Dedi, “Ay ata, vallah nə deyim. Gördüm həqiqətən ətrafda narazılıqlar çoxdur. Buna görə istefa verdim ki, yuxarıdan bunu görsünlər. Mən bu vəzifəyə layiqəm, ya yox. Sonra ləkələnməmiş bu istefanı qərarlaşdırdım. Qoy ləkəsiz işdən çıxım”.

B.Bayramlı R.Bayramlının təzə tikdiyi evlə bağlı yayılan söhbətlərə də aydınlıq gətirib:

“Hardasa 10 il bundan əvvəl oğlum öz zəhməti ilə 4 sot torpaq almışdı. İndi istəyirdik ki, özünə yurd yeri düzəltsin. Çünki, Ramin hələ də mənim həyətimdə yaşayır. Yaşadığı mənzili də vaxtı ilə öz zəhmətimlə düzəltmişdim. İndi də deyirdik ki, artıq özünə ayrı bir şərait düzəldib, yaşasın. Sonra da gördük mediada Raminin villası ilə bağlı xəbərlər dərc edilir. Bu məsələdə haqsız yerə onun adını hallandırırlar. Gəlib görsünlər ki, bu adamın doğurdan da nəyi var, nəyi yox. Zərrə qədər bir göstərsinlər ki, bu adam dövlət işində rüşvətlə hər hansı bir iş görüb. Əstəğfürullah. İnanın ki, belə bir hal ola bilməz. Özümdə olmayıb, onda da ola bilməz”.

Qeyd edək ki, R.Bayramlı öz ərizəsiylə vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən ay mətbuatda R.Bayramlının villa tikdirməsi barədə məlumat yayılmış, TƏBİB isə açıqlama yayaraq dərc olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirmişdi:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.( Qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay