Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb...

Hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

Ötən yazılarımızda 41 dairədəki vəziyyəti dəyərləndirmiş, ən şanslı namizədlərin adlarını təqdim etmişdik. Bakupost.az olaraq, bu dəfə gərgin və maraqlı seçki kampaniyasının müşahidə olunduğu 119 saylı Ağdam Seçki Dairəsindəki vəziyyətdən bəhs edəcəyik. Öncə qeyd edək ki, bu dairədən 9 nəfərin namizədliyi qeydə alınıb.

Onlardan 2-si siyasi partiyaların (YAP və AXP) namizədləri, 7 nəfər isə bitərəflərdir.

Dairədə ən fəal seçki kampaniyası aparanlar isə Bakı Dövlət Universiteti rektorunun müşaviri Şəbnəm Səfərova və "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədovdur. Dairədən mandat qazanmaq uğrunda əsas mübarizənin də onlar və sabiq deputat Bəxtiyar Əliyev arasında gedəcəyi ehtimal olunur.

Qeyd edək ki, Bəxtiyar Əliyev namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. Dairədən YAP-ın namizədi "Azərişıq" ASC-nin Aran RETSİ-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovdur.

Bitərəflərdən 2-si işsizdir, 2-si isə orta məktəbdə çalışır və AXP namizədi də daxil olmaqla onların sentyabrın 1-də keçiriləcək seçkilərdə uğur qazanmaq şansı olduqca aşağıdır. Onların sönük keçən seçki kampaniyası belə deməyə əsas verir.

Deputat Bəxtiyar Əliyevin də uğurlu seçki kampaniyası apardığını demək çətindir.

Belə davam etsə, deyəsən, onu da adaşı Bəxtiyar Sadıqovun taleyi gözləyə bilər. Belə ki, Ağdam TV və "Ağdam" sosial şəbəkə platformasının seçicilər arasında keçirdikləri iki sorğunun nəticələrinə görə, Bəxtiyar Əliyev əsas rəqiblərindən xeyli geri qalır. Sorğuda birinciliyi isə Bakı Dövlət Universiteti rektorunun müşaviri Şəbnəm Səfərova qazanıb.

Ümumiyyətlə, Ş.Səfərovanın istər dairədə seçicilərlə görüşlər, istərsə də sosial şəbəkə və KİV-də daha uğurlu kampaniya apardığı və rəqiblərini üstələdiyi hiss olunur. O, bu günə qədər 12 rəsmi görüşdən başqa, Ağdamın 6 qəsəbəsi (Bənövşələr, Baharlı, Quzanlı, İmamqulubəyli, I Dördyol, Qasımbəylivə) 14 kəndində (Üçoğlan, Zəngişalı, Çəmənli, Qaradağlı, Əhmədağalı, Alibəyli, Paşalar, Baharlı kənd, Baharlı Yüzbaşılı, Sarıcallı, Kiçikli, Sarıçobanlı, Ergi, Qasımbəyli) də seçicilərlə bir araya gəlib, eləcə də yüzlərlə fərdi görüş keçirib. Beynəlxalq şirkətlər və QHT sektorunda qazandığı təcrübə və biliklər, eləcə də müasir seçki texnologiyalarına bələd olması, sosial şəbəkələrlə işləmək bacarığı onun uğurlu seçki kampaniyası qurmasında ciddi rol oynayıb ki, bu da Ş.Səfərovanın namizəd kimi rəqiblərindən üstünlüyünü şərətləndirir.

Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetini (indiki UNEC) fərqlənmə diplomu ilə başa vuran Şəbnəm Səfərova ADA Universitetində magistratura dərəcəsini bitirib. Bir müddət XİN-də təcrübə keçib, 2 il dünyanın 4 ən böyük audit şirkətlərindən (Big 4) biri hesab olunan PWC şirkətində auditor olaraq işləyib. O, həmçinin 5 il BP şirkətində çalışıb. 2019-cu ilin sentyabr ayından 2021-ci ilin yanvar ayınadək Medical Consulting and Marketing Group şirkətinin direktoru olub. Hazırda BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri olaraq fəaliyyət göstərir.

Bununla yanaşı Şəbnəm Səfərova 2020-ci ilin iyul ayında qurulmuş “Qarabağ Azərbaycandır! – Karabakh is Azerbaijan!” elektron platformasının yaradıcısı və idarə heyəti üzvlərindən biridir. Hazırda bu bu elektron platforma Şəbnəm Səfərovanın sədrliyi və təşəbbüsü ilə “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi olaraq fəaliyyət gösətrir.

Beləliklə, seçki günü 119 saylı Ağdam Seçki Dairəsində səslərin böyük əksəriyyəti 3 namizədə - Şəbnəm Səfərova, Bəxtiyar Əliyev və Asif Məmmədova (Mərzili) veriləcək.

Qeyd edək ki, Ş.Səfərova qəhrəman hərbçimiz, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşıdır. Bu da seçkilərdə Ş.Səfərovaya əlavə üstünlük qazandırır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar