Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rahil Məmmədov transfer qadağası olan kluba necə keçir? - Şok fakt

Bu gün “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubu ilə anlaşdığı barədə məlumat yayılıb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə “yaşıl işıq” yandırıblar...

Publika.az bu transferlə bağlı bir informasiya əldə edib. Lodz təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FIFA tərəfindən transfer qadağasının qoyulmasıdır.

Polşa təmsilçisi sabiq futbolçuları Mikkel Riqaard və Rikardinyo ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib. Buna görə LKS maksimum üç qeydiyyat müddəti (transfer pəncərələri) üçün tətbiq oluna bilən transfer qadağası ilə üzləşib. Klub bu borcları ödədikdən dərhal sonra qərar FIFA tərəfindən ləğv ediləcək.

Bu qərardan sonra Lodz klubu artıq futbolçulara borclarının bir hissəsini ödəyib. Qalan ödənişlərin 2024-cü ilin yanvar ayının sonuna qədər tamamlanacağı bildirilir. Bununla belə, klub oyunçularla yeni müqavilələr bağlaya bilər. Lakin onları cəza müddətində qeydiyyatdan keçirə bilməz.

Polşada oyunçuların qeydiyyatına imkan verən qış transfer pəncərəsi yanvarın 29-da başlayacaq və fevralın 27-də başa çatacaq.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar