Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Trampı “miskin məğlub” adlandırıb

ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının qurultayında çıxışı zamanı Trampdan “miskin məğlub” olaraq bəhs edib...

ABŞ prezidenti Co Bayden bazar ertəsi axşam Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayında əsas nitq söyləyib.

Poliqon “The Times” nəşrinə istinadən xəbər verir ki, 81 yaşlı Bayden keçmiş prezident və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı “uduzmuş miskin adam” adlandırıb və 59 yaşlı vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

Bayden bildirib ki, noyabr seçkilərində demokratiya yenidən təhlükə altındadır.

“Biz demokratiyanı 2020-ci ildə xilas etdik, indi isə onu 2024-cü ildə yenidən xilas etməliyik. Amerikanın gələcəyi sizin əlinizdədir. Amerika fürsətlər ölkəsidir və həmişə belə olub”, deyə Bayden seçiciləri Trampı rədd etməyə çağırıb.

ABŞ prezidenti həmçinin Harris və ABŞ-ın vitse-prezidentliyə namizədi Tim Valsın “ölkəni xilas edəcəklərini” və onların kampaniyası üçün “ən yaxşı könüllü” olacağını bildirib.

Bayden 29 yaşında Senata seçildiyi vaxtdan daha çox indi Amerikanın gələcəyinə nikbin baxdığını qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar