Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal iqlim problemləri - Bill Gates bədbin proqnoz versə də, nikbindir...

Xeyriyyəçi milyarder çox nikbindir. Hətta 1.5 dərəcə C hədəfinin qeyri-real olduğunu düşünsə belə…

Bill Qeyts: “Sənayemizin ümumi miqyasını nəzərə alsaq, biz 2 dərəcədən aşağı qalmaq üçün ağla sığmayan işlər görməli olacağıq”.

PİA.az xəbər verir ki, bunu süni intellekt sahəsində aparıcı rola sahib olan milyader, məşhur filantrop Bill Qeyts Reuters Agentliyinə müsahibəsində deyib.

“…Bəs qlobal iqlim dəyişikliyinə dair Paris Sazişində müəyyən edilmiş 1.5C hədəfinə çatmaq mümkündürmü? Heç kim “bunu ilk deyən” olmaq istəmir, lakin riyaziyyat göstərir ki, bu, artıq əlçatmazdır”, deyə Qeyts Reuters-ə videomüsahibəsində vurğulayıb.

Buna baxmayaraq məşhur xeyriyyəçi iqlim innovasiyası ilə bağlı nikbindir. Qeyts 2015-ci ildə təsis etdiyi Breakthrough Energy Group-un maliyyəsi ilə aşağı karbon texnologiyalarını inkişaf etdirən çoxsaylı sahələrə diqqət çəkib. İş adamı birbaşa havanın tutulması, günəş enerjisi və nüvə parçalanması da daxil olmaqla, iqlim texnologiyalarına 2 milyard dollardan çox sərmayə qoyub.

Breakthrough-un çətiri altında nüvə parçalanması ilə məşğul olan 14 yaşlı TerraPower şirkəti 2030-cu ilə qədər demo reaktoru işə salmağı hədəfləyir. Microsoft Corporation-un (MSFT.O) həmtəsisçisi Geyts deyir ki, bu işlər vaxt aparır.

Geyts ənənəvi illik müraciət-məktubunu (2022-ci ili təsvir edəcək) yayımlamamışdan öncə Reuters-ə bildirib ki, onu daha çox qarşıdakı il narahat edir. O, öz vəsaitinin 20 milyard dollarını Bill Qeyts Fonduna köçürüb və yaxın illərdə ictimai səhiyyə, o cümlədən təhsilə ayrılan xeyriyyə xərclərini 6 milyard dollardan 9 milyarda çatdırmağı planlaşdırır.

Qeyts səhmdarlara məktubunda izah edbr ki, iqlim problemi təkcə xeyriyyəçililiklə öhdəsindən gəlinə bilinməyəcək qədər böyükdür.

“Pul kifayət deyil və buna görə də bir az yenilik etməlisiniz. Bunun kobud güclə edilə biləcəyi ideyasının sadəcə, heç bir şansı yoxdur”, deyə Qeyts Reuters-ə bildirib.

O deyir ki, şirkətlər pilot mərhələdən kənarda öz aşağı karbonlu ideyalarını sübut etmək və sonra istehsalı genişləndirmək üçün investisiya və texniki dəstəyə ehtiyac duyurlar.

Qeyts, “Bizim bu layihələrin bir hissəsi olmaq üçün təklif verəcək bir sıra Direct Air Capture (DAC) şirkətlərimiz var”, deyib və qeyd edib ki, bu yaxınlarda ABŞ-da qəbul edilmiş İnflyasiyanın Azaldılması Qanununun iqlim innovasiyası üçün perspektivləri artırır. Lakin o, DAC şirkətlərinin planları barədə ətraflı məlumat verməyib.

Milyarder istehsalda, polad və sement sənayesində “fantastik” irəliləyiş əldə edildiyini söyləyib və əlavə edib ki, bu, cəmi iki il əvvəl bu sektorla bağlı narahatlığından sonra baş vermis bir dəyişiklikdir.

Polad və sement sənayesi qlobal iqlimin istiləşməsinə səbəb olan emissiyaların təxminən üçdə birinə cavabdehdir.

Xeyriyyəçi qeyd edib ki, dünya 1.5 dərəcə C-dən çox istiləşməyə hazırlaşarkən, problem insanların daha sərt, daha isti gələcəyə uyğunlaşmasına kömək etməyə doğru dəyişir.

“Hələ də yumşaldılma ilə yanaşı, uyğunlaşma ilə bağlı işləri də maliyyələşdirəcəyik. Buraya meşə yanğınlarına nəzarət etməyə kömək edən texnologiya, daşqınlara maneələr yaratmaq üçün mərcan rifi tipli strukturlardan istifadə və ya quraqlığa tab gətirə bilən məhsul növlərinin inkişafı daxil ola bilər”, deyə məşhur filantrop bildirib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar