Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətərin Şura Məclisinin sədr müavini: Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq

Qətər Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır...

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Şura Məclisinin sədr müavini Hamda bint Hassan Al-Sulaiti fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrin inkişafında mühüm rola malikdir. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

Həmçinin, AzərbaycanQətər Dövlətinin regional və beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinin mövqeyini qarşılıqlı şəkildə dəstəkləyirlər.

Görüşdə parlamentlərimiz arasında da müsbət əlaqələrin olduğu diqqətə çatdırılıb, münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkan olduğu bildirilib. Qeyd olunub ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları bu istiqamətdə mühüm töhfələr verə bilərlər. O cümlədən, qarşılıqlı səfərlər, parlament komitələri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həmçinin, qeyd olunub ki, Qətər parlamenti Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində və Şəbəkənin konfranslarında iştirak edir.

Qətər Dövlətinin Şura Məclisinin sədr müavini göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə Azərbaycanın Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasına uğurlu evsahibliyi qeyd olunaraq, bildirilib ki, bu mühüm tədbir regional və beynəlxalq məsələlərin müzakirəsi, təşkilata üzv ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişafı baxımından əlverişli imkandır. Qətər Dövlətinin Şura Məclisinin sədr müavini təşkilata sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, inamını ifadə edib ki, ölkəmizin sədrliyi dövründə APA üçün yeni strategiya və mexanizmlər yaradılacaq ki, bunlar da təşkilatın fəaliyyətinin daha da genişlənməsinə töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar