Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri və XİN başçısının iddialarına cavab verib

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarını ifşa etməklə bağlı bəyanat yayıb...

“Report”un xəbərinə görə, bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş, və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımız təhqir edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır.

“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”, - bəyanatda vurğulanıb.

Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır. Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir. Xatırladaq ki, ATƏT-in tövsiyələrində digər məsələlərlə yanaşı aşağıdakılar qeyd edilir:

“Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha çox maraq göstərsələr və ya başqa yerlərdəki azlıqlara etinasızlıq nümayiş etdirdikləri halda müəyyən bir milli azlığı fəal şəkildə dəstəkləsələr, onda onların hərəkətlərinin motivləri və etibarlılığı sual altına alınmalıdır”.

Ermənistanın bizim geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla pislənməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan siyasətini rədd etməlidir:

“Bu azmış kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini daşıdığı məhz bu mahiyyətinə görə pisləməyə çağırır. Biz Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini və insan haqlarından fürsətçi və ikiüzlü şəkildə sui-istifadəsinə son qoymasını tələb edirik.

Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay