Moskva ilə Kiyev arasında hərbi münaqişə başlayandan sonra Qərbin Ukraynaya köçürdüyü hərbi yardımın həcmi demək olar ki, Rusiyanın hərbi büdcəsi ilə bərabər olub…
PİA.az xəbər verir ki, belə bir hesablamanı Rusiyanın TASS Agentliyi aparıb. Agentliyin hesablamaları Ukraynanı dəstəkləyən dövlətlərin bəyanatlarına, eləcə də KİV məlumatlarına əsaslanır.
TASS-ın məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən xarici ölkələr və beynəlxalq təşkilatlar Ukraynaya 150,8 milyard dollardan çox yardım edib. Bu məbləğin demək olar ki, üçdə biri, yəni 48,5 milyard dolları hərbi yardıma aiddir.
Beləliklə, hərbi əməliyyatların başlanmasından bəri Ukraynaya yardımın ümumi məbləği Rusiyanın 2022-ci il hərbi büdcəsini (55,5 milyard dollar) 2,7 dəfə üstələyib. Bundan əlavə, Kiyevə hərbi yardım Rusiyanın həmin il üçün hərbi büdcəsinin 94,9%-ni (51,1 milyard dollar) təşkil edir.
Ukraynaya hərbi yardım göstərməkdə birinci yerdə 24,2 milyard dollar pul və silah şəklində vəsait ayıran ABŞ durur. Vaşinqton həmçinin Kiyevə tibbi ləvazimatlar, ərzaq və hökumət xərcləri daxil olmaqla 23,7 milyard dollar maliyyə və humanitar yardım ayırıb.
İkinci yer Böyük Britaniyaya məxsusdur: hərbi yardım - 3,6 milyard dollar digər yardımlar - 1,8 milyard dollardır.
Üçüncü yerdə 3,28 milyard dollar hərbi dəstək verən və digər yardım növləri üçün 39,96 milyard dollar ayırmağa söz verən Avropa İttifaqıdır ki, bunun da 19 milyarddan çoxunu Kiyev 2023-cü ildə alacaq.
Bir milyarddan çox vəsait ayıran ölkələrin siyahısına, xüsusən də Ukraynaya 2,3 milyard dollar məbləğində hərbi ixracı təsdiqləyən və humanitar yardıma 3,4 milyard dollar xərcləyən Almaniya da daxil edilib. Eyni zamanda, Polşanın hərbi yardımı 2 milyard dollardır. Ukrayna üçün Çexiya - 2,1 milyard dollardan çox və Yaponiya 1,39 milyard dollar vəsait ayırıb.
Fransanın göstərdiyi hərbi dəstək 0,58 milyard dollara, İtaliya və İspaniyanın hərbi yardımı isə müvafiq olaraq 0,48 və 0,25 milyard dollara çatıb.
Skandinaviya ölkələri də böyük məbləğdə vəsait ayırıblar: İsveç - 0,82 milyard dollar hərbi yardım və 0,42 milyard dollar digər yardımlar, Norveç - 0,55 milyard və 0,85 milyard dollar, Danimarka - 0,54 milyard və 0,16 milyard dollar. Ayırıb.
Baltikyanı ölkələrinin dəstəyi mütləq rəqəmlərdə belə böyükdür: Estoniya 0,32 milyard dollar hərbi və 0,05 milyard dollar maliyyə yardımı ayıırıb, Latviya müvafir olaraq 0,3 milyard və 0,09 milyard dollar, Litva isə 0,25 milyard və 0,45 milyard dollarını Ukraya üçün sərf edib. Estoniya və Latviyanın Ukraynaya dəstəyi ÜDM-in 1%-i qədərdir.
Avstraliya, Belçika, Hollandiya, Slovakiya, Kanada və Finlandiyanın ümumi hərbi yardımı təqribən 1,55 milyard dollara, maliyyə yardımı isə təqribən 3,4 milyard dollara çatır. Avstriya və İsveçrə humanitar yardıma cəmləşib və müvafiq olaraq 0,05 milyard və 0,1 milyard dollar ayırıblar.
Ukraynaya əhəmiyyətli maliyyə yardımı göstərən beynəlxalq təşkilatlar arasında Dünya Bankı - 18 milyard dollar və Beynəlxalq Valyuta Fondu (BVF) - 2,7 milyard dollar olub. BMT Ukraynaya humanitar yardım üçün 4,3 milyard dollar istəyib və cari ilin əvvəlində bu vəsaiti alıb. 2022-ci ilin dekabrı 3,1 milyard dollar Bundan əlavə, Kiyev donor konfranslarından maliyyə dəstəyi alıb.
pia.az