Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb müttəfiqləri müharibəni bitirmək üçün Kiyevə təzyiqləri artırıblar

Zelenski Rusiya ilə danışıqlarda mövqeyini yumşaltmağa və müharibənin bitməsinə hazırlaşmağa hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin birinə görə, Zelenskinin təklif etdiyi “qələbə planı” Vaşinqtonda soyuq qarşılanıb. ABŞ rəsmiləri Kiyevdən gələn il üçün ehtiyac duyduğu hərbi texnika, sənayenin inkişafına yardım və maliyyə dəstəyi də daxil olmaqla, yol xəritəsini hazırlamağı xahiş ediblər. Ukrayna prezidenti planın detalları üzərində işləmək üçün Vaşinqtona köməkçilərini göndərib.

Nəşrin yazdığına görə, Qərb müttəfiqləri müharibəni bitirmək üçün konkret planın lehinə Kiyevə təzyiqləri artırıblar. Yüksək rütbəli məmur Agentliyə bildirib ki, Kiyev öz planının bütün təfərrüatlarını hələ açıqlamadığına görə, Ukrayna rəsmiləri onlara növbəti manevrlər üçün yer yaradacaq strateji qeyri-müəyyənlik elementindən istifadə edə bilər.

Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqlarla tanış olan nəşrin digər mənbəsinin fikrincə, atəşkəs danışıqları zamanı ABŞ-dan etibarlı ikitərəfli təhlükəsizlik zəmanəti əslində Kiyevin alyansa üzv olması demək olacaq. Eyni zamanda Moskva Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir və buna görə də bütün tərəfləri danışıqlar masasına oturtmağa hansı formulun kömək edəcəyi hələki bəlli deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay