Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrailin İranla bağlı planlarını bölüşmək istəməməsindən məyus olub

ABŞ rəsmiləri İsrailin Vaşinqtona İrana qarşı qisas planlarını açıqlamaqdan imtina etməsindən məyusdurlar...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Ağ Ev Yaxın Şərqdəki ən yaxın müttəfiqini İranın neft və ya nüvə obyektlərinə hücum etməməyə çağırsa da, İsrail indiyədək Bayden administrasiyasına Tehrana qarşı cavab tədbirləri planlarının təfərrüatlarını açıqlamaqdan imtina edib”, deyə nəşr yazır.

Qəzet qeyd edir ki, ABŞ rəsmiləri İsrailin Qəzza zolağında və Livanda hərbi əməliyyatları zamanı dəfələrlə ehtiyatsızlıqlarına görə də məyusdurlar və gərginliyin daha da artmasının qarşısını almağa çalışırlar.

Qeyd edək ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar İranla müharibə axtarmır və son raket zərbəsinə görə Tehrana cavabı ilə bağlı İsraildən məlumat almaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay