Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov ümid edir ki, Putinin kvadroberlərdən xəbəri yoxdur

Kremlin sözçüsü Dmitri Peskov ümid edir ki, Rusiya prezidenti Vladimir Putin kvadroberlər barədə məlumatsızdır...

Poliqon xəbər verir ki, Peskov bu barədə “RİA Novosti” Agentliyi ilə söhbətində bildirib.

“Ümid edirəm ki, yox”, deyə Peskov jurnalistin müvafiq sualına cavab verib.

Peskovun sözlərinə görə, hərəkatın populyarlığını şişirtməyə ehtiyac yoxdur. Peskov bu hərəkatı “tam cəfəngiyat” adlandırıb.

Qeyd edək ki, Rusiyada son zamanlar yayılan quadrobing heyvanların hərəkətlərini və vərdişlərini təqlid etməyi əhatə edən uşaqlar və yeniyetmələr arasında məşhur bir subkulturadır.

Oktyabrın 5-də Dövlət Dumasının təhsil komitəsi sədrinin birinci müavini Yana Lantratova dağıdıcı ideologiyanın təbliğatını qadağan edən qanun layihəsinin hazırlandığını, bu layihəyə dördayaqlılığın təbliğatını da daxil edəcəyini açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyada kvadroberlərin mümkün qadağası mövzusunda qanunvericilərə güvəndiyini bildirib. MDB sammitində danışıqlara başlamazdan əvvəl diplomat erməni həmkarı Ararat Mirzoyandan da onların ölkəsində kvadroberlərin olub-olmamamsı ilə maraqlanıb.

Oktyabrın 3-də Dövlət Dumasının deputatı Sergey Kolunov uşaqları quadrobinqlə məşğul olan valideynlərin valideynlik hüququndan məhrum edilməsini və ya inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini təklif edib. Təşəbbüsün həm tərəfdarları, həm də əleyhdarları olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay