Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də maşın hərraclarında problem - Azərbaycandan olan sifarişlərin aqibəti necə olacaq? - Video

Son günlər Amerika bazarından avtomobil alınmasında bəzi məhdudiyyətlər yaranıb...

Poliqon Xəzər TV-yə istinadən xəbər verir ki, bu səbəbdən ölkəmizdəki yerli şirkətlər müştərilər üçün Amerika hərraclarından, xüsusilə bəzi ştatlardan avtomobil alınmasını qeyri-müəyyən vaxta qədər təxirə salıblar.

Logistika şirkətlərindən birinin satış mütəxəssisi Hafiz Əmraslanov bildirib ki, Amerika postlarında işçi böhranının yaşanacağı, sifarişlərin Azərbaycana çatdırılmasında gecikmələrin olacağı nəzərə alınaraq, Nyu-York, Texas və Corcia kimi şərq və körfəz sahili ştatlardan avtomobil alışını dayandırıblar.

Həmçinin o da bildirilib ki, artıq Sahilçilər Assosiasiyası və ABŞ Dövlət Dənizçilik Birliyi arasında yaranan böhran bir müddətlik sona çatmış hesab edilir. Bu səbəbdən Amerika hərraclarından avtomobillərin alınması bu günlərdə təkrar start götürüb.

Başqa bir Logistika şirkətinin direktoru Elgiz Əliyev qeyd edib ki, əvvəllər sözügedən ştatlardan alınan avtomobillər 50-60 gün ərzində Azərbaycana çatdırılırdı. Ancaq bu ərəfələrdə alınan avtomobillərin çatdırılma müddətinin daha 10-20 gün artacağı gözlənilir. Elgiz Əliyev bununla belə faktiki olaraq bu böhran səbəbindən logistika qiymətlərinin qalxmadığını da diqqətə çatdırıb.

Elgiz Əliyev özünə xaricdən avtomobil alan şəxslərə tövsiyə edib ki, mütləq şirkət seçimi edərkən diqqətli olsunlar. Amerikada sığorta şirkətlərinə məxsus olmayan avtomobillərin alınması sonradan onları əlavə maddi ziyana, sifarişlərin çatdırılma müddətinin uzanmasına səbəb ola bilər.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay