Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Braziliya Rusiyadan rekord miqdarda neft məhsulları alıb

Braziliya Rusiyadan rekord məbləğdə, 5,1 milyard dollar həcmində neft məhsulları alıb...

Yanvar-sentyabrın nəticələrinə əsasən, Braziliya Rusiya neft məhsullarının idxalını 1,6 dəfə artıraraq 5,1 milyard dollara çatdırıb.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Braziliya gömrüyünün məlumatlarına istinadən məlumat yayıb.

Müqayisə üçün: 2023-cü ilin eyni dövrü üçün tədarük 3,25 milyard dollar təşkil edib.

İdxalın əsas payını dizel yanacağı tutub. Üç rübün nəticələrinə əsasən, Braziliya Rusiyadan alışını 1,7 dəfə artıraraq 4,4 milyard dollara çatdırıb. Bundan əlavə, bu il ölkə Rusiyadan qeyri-aviasiya benzini idxal etməyə başlayıb. Yanvar-sentyabr aylarında tədarükün həcmi 247,7 milyon dollar təşkil edib.

Braziliya bazarına neft məhsullarının tədarükündə Rusiya lider olaraq qalır. İkinci yeri 2,8 milyard dollarla ABŞ tutur. Sonrakı yerləri müvafiq olaraq 541,7 milyon dollar və 497,4 milyon dollar həcmində tədarük həcmi ilə İspaniya və Niderland tutur. Ən böyük beş tədarükçünü 459 milyon dollarla Küveyt qapayır.

Agentlik yazır ki, Rusiya neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, sentyabr ayında neft gəlirlərini artırıb. Artım illik müqayisədə 6% təşkil edərək 175 milyard rubla çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay