Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib...

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər.

Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırki məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.

" Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu, rekord göstəricidir", - deyə Putin bildirib.

Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökümət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə elunub:

"Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir".

Putin Paşinyanı Kazanda keçiriləcək BRICS sammitində növbəti ikitərəfli görüş keçirməyə dəvət edib.

***

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib.

Poliqon-un Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Kremldə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti AzərbaycanErmənistan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirir. Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş artıq baş tutub.

 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar