Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb İsraili, müsəlman ölkələri isə Fələstini sülhə məcbur edə bilərlərmi?

Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir...

Politoloq: “Bu gün İsrail-HƏMAS arasında baş verən toqquşmaların əsas səbəbi 1948-ci ildə İsrail dövləti yaradılan zaman, Fələstin dövlətinin yaradılmamasıdır”.

“İsrail-HƏMAS müharibəsinin uzun müddət davam edəcəyi qaçınılmazdır”.

Bu sözləri politoloq Samir Hümbətov Yaxın Şərqdə baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 75 ildir ki, davam edən müharibənin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Bu fonda demək olar ki, bütün tərəflər, o cümlədən İsraili birmənalı olaraq müdafiə edən Qərb dövlətləri münaqişənin həllinin Fələstin və İsrail dövlətlərinin yaranmasında gördüklərini bildirirlər.

Bəs, hazırkı müharibənin sonunda Yaxın Şərqdə davamlı sülhə nail olmaq mümkün görünürmü? Qərb İsraili, müsəlman ölkələri isə Fələstini sülhə məcbur edə bilərlərmi?

İsrail-HƏMAS müharibəsini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “İsrail-HƏMAS qarşıdurması üzərindən böyük dövlətlər, güc mərkəzləri, bölgəyə marağı olan dövlətlər özlərinin maraqlarını güdməyə çalışırlar”.

Yaxın Şərqin dünyanın ən gərgin nöqtələrdən biri olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, son yüz ildə bu bölgədə böyük güclər bir-birlərinə qarşı əzələ nümayişi ilə məşğul olublar:

“Bu gün İsrail-HƏMAS arasında baş verən toqquşmaların əsas səbəbi 1948-ci ildə İsrail dövləti yaradılan zaman, Fələstin dövlətinin yaradılmamasıdır. Əgər Fələstin indiki muxtariyyət yox, həqiqətən dövlət statusu alsaydı bəlkə də, hadisələr bu yerə qədər gəlib çıxmazdı. Amma bu da məqsədyönlü şəkildə aparıldı. Yəni, prosesi uzatdılar ki, münaqişə ocağı qalsın və daimi şəkildə həmin o münaqişə ocağında istifadə edərək, böyük güclər bir-birlərinə təsir etsinlər.

Artıq indi vəziyyət dalana dirənib. Çünki bəzi ərazilər İsrail tərəfindən nəzarətə götürülüb və 1948-ci ildən bəri orada yaşayış məntəqələri tikilib. Hətta, bu proses 1967-ci il razılaşmasından bu yana da davam edib. Fələstinli qaçqınlar da Suriyaya, İordaniyaya, Liva, Misirə və başqa ölkələrə səpələniblər. Artıq bu ölkələrdə fələstinlilərin ordusu yaranıb. HƏMAS-ın özünün 40 minlik, “Hizbullah”ın 100 minlik qoşunu var. Bu da onu göstərir ki, vəziyyəti daha da qızışdırmağa çalışırlar. Yəni bölgədəki bütün siyasi və ictimai təşkilatlar təpədən dırnağa sılahlanıb və onlar fərqli ölkələrin maraqlarını təmsil edirlər. Daha doğrusu pulu və silahı kim verirsə, yaraqlılara da onlar hökm edir.

Samir Hümbətov: “Yaxın vaxtlarda Fələstində davamlı sülhün reallaşması o qədər də asan görünmür, çünki yerdəki realıq başqadır. Bu reallıq həm yerli qüvvələrin, həm də beynəlxalq güclərin fərqli maraqları səbəbində çox qarmaqarışıqdır”.

Yaxın Şərq dünyanın ən gərgin nöqtələrdən biridir. Son yüz ildə bu bölgədə böyük güclər bir-birlərinə qarşı əzələ nümayişi ilə məşğul olublar. Buna görə də, indiki halda İsrail-HƏMAS arasında yeganə sülhün əldə edilməsinin yolu iki dövlətin yaranmasıdır. Yəni, İsrail dövləti var, artıq Fələstin dövləti də yaradılmalıdır. İmzalanmış 1967-ci il razılaşmasına uyğun olaraq həmin ərazilərin Fələstin dövlətinin tabeliyinə keçməsi lazımdır. Eyni zamanda BMT və yaxud da bir neçə dövlətin sülhməramlılarının orada nəzarət funksiyasını həyata keçirməsi lazımdır. Konkret olaraq, həmin ərazidə hansı yerlərin kimə məxsus olması ilə bağlı status müəyyən edilməlidir.

Bu da uzun bir prosesdir. Yaxın vaxtlarda Fələstində davamlı sülhün reallaşması o qədər də asan görünmür, çünki yerdəki realıq başqadır. Bu reallıq həm yerli qüvvələrin, həm də beynəlxalq güclərin fərqli maraqları səbəbində çox qarmaqarışıqdır. Buna görə düşünürəm ki, zaman lazımdır. Bu məsələni dalana dirəndirməkdənsə, oturub, danışıb, çıxış yolu tapmaq lazımdır. Buna da hələ getmirlər. Hətta, deyərdim ki, İsrail-HƏMAS qarşıdurması üzərindən böyük dövlətlər, güc mərkəzləri, bölgəyə marağı olan dövlətlər özlərinin maraqlarını güdməyə çalışırlar. Oradakı əhalinin kimlər olmasını düşünən yoxdur. Buna görə də, bu məsələni həll etmək çətindir. Hətta, ərəb ölkələri belə məsələyə öz kontekstləri çərçivəsindən baxırlar.

Düşünürəm ki, İsrail-HƏMAS müharibəsinin uzun müddət davam edəcəyi qaçınılmazdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay