Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Azərbaycanın separatçıları cəzalandırmaq hüququna hörmətlə yanaşacaq? - Ərəstun Orucludan şərh

30 il müddətində Azərbaycanda qanlı hərbi cinayətlər törədən və nəhayət ki, tutularaq Bakıya gətirilən erməni separatçılarının “liderləri”nə ağır cəzalar verilməlidir...

Siyasi-şərhçi: “Əslində, seperatçıların “liderləri”nin həbs olunaraq Bakıya gətirilməsi müsbət haldır. Çünki söhbət burada hansısa siyasi seperatizmdən getmir, silahlı sepertizmdən gedir”.

“Bizim kimi ölkələrə gələndə, böyük dövlətlər bu faktordan bir vasitə kimi istifadə etməyə çalışırlar. Məsələn, erməni sepertizmi Azərbaycanda ona görə mövcud idi və ona görə uzun müddət duruş gətirə bilirdi ki, beynəlxalq güc mərkəzlərindən onlara mənəvi, siyasi, maliyə və hərbi dəstək verilirdi”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu erməni separatçılarının “liderlər” dəstəsinin həbs olunaraq Bakıya gətirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi erməni separatçılarının “liderlər” dəstəsi həbs olunaraq Bakıya gətirildi. Onlar Azərbaycana və azərbaycanlılara qarşı etmədikləri cinayətlər qalmayıb, on minlərlə insan separatizmin və terrorizmin qurbanı olub. Buna görə də onları daha ağır cəzalar gözləyir.

Bəs Qərb ölkələri Puçdemonu həbs etmək istəyən İspaniyanın qərarına hörmətlə yanaşdığı kimi, Azərbaycanın da separatçıları cəzalandırmaq hüququna hörmətlə yanaşacaqlarmı?

Qərb ölkələrinin bu məsələyə göstərəcəyi münasibəti Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Biz hələlik bilmirik ki, niyə Azərbaycanın bu uğuru qazanmasına sepertçılıqda maraqlı olan, onu yaratmış Rusiya kifayət qədər sakit yanaşdı, hətta seperatçıların “liderləri”nin həbsinə göz yumdu. Bu çox ciddi sualdır və bunun üzərində düşünməyə dəyər”.

Azərbaycanın bu məsələdə israrlı olmalı olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, indiki məqamda Azərbaycan üşün hansısa xarici güclərin, ölkələrin maraqları, necə yanaşmaları önəmli deyil:

“Əslində, seperatçıların “liderləri”nin həbs olunaraq Bakıya gətirilməsi müsbət haldır. Çünki söhbət burada hansısa siyasi seperatizmdən getmir, silahlı sepertizmdən gedir. O separatizm ki, Azərbaycan dövlətini parçalayıb, Azərbaycan Respublikasının 10 minlərlə vətəndaşını qətlə yetirib, yüz minlərlə vətəndaşını yaşadığı yerlərdən deportasiya edib, Azərbaycanın torpaqlarını, səfərlərini xarabalıqlara çevirib. Əlbəttə, onlar çox ağır cəza almalıdır. Ümid edirəm ki, onlar ağır cəza alacaqlar. Hərçənd hakimiyyət rəsmilərinin amnistiya ifadələri işlətməsi bir qədər ehtiyatlı yanaşmağa məcbur edir.

Dünyanın heç bir ölkəsində, heç bir yerində amnistiya, onları bağışlamaq, hətta onlarla danışıq aparmaq kimi təcrübə tətbiq olunmur. Bu yalnız bir halda tətbiq olunur ki, seperatçılara hərbi güclə qalib gəlmək mümkün deyil. Güclər bərabər olur və məcbur olub danışıqlara gedirlər. Çünki müharibə, qarşıdruma faktiki vətəndaş müharibəsinə keçir, onun da qarşısını silahlı yolla almaq qeyri-mümkün olur. Bu halda onlarla danışıqlara gedirlər, müəyyən kompromislər əldə olunur, qarşılıqlı addımlar atılır. Məsələn, buraya Kolumbiyanı göstərmək olar. Kolumbiyada belə bir proses olub. Amma o da uğurla başa çatmayıb. Ona görə ki, əldə olunan razılaşma qısa müddətdən sonra tamam pozuldu. Düzdür, Kolumbiya etnik seperatçılıqdan söhbət getmirdi. Orada daha çox ideoloji zəmində ölkənin parçalanmasından gedirdi.

Ümumiyyətlə, dünyada heç bir ölkə ərazisində qeyri-qanuni silahlı dəstələr yaradan, ordu yaradan, dövlətə qarşı çıxan seperatçılara dözümlü yanaşmır. O cümlədən də, İspaniya bas seperatçılarına qarşı atılan addımlar və onun Avropa Birliyi tərəfindən dəstəklənməsi buna əyani nümunədir.

Mən başqa misal gətirə bilərəm. Böyük Britaniyaya qarşı müharibə aparan İrlandiya Azadlıq Ordusu terrorçu təşkilat kimi tanınıb. Onlarla terrorçu təşkilat kimi də davranılıb. Bizim kimi ölkələrə gələndə isə, böyük dövlətlər bu faktordan bir vasitə kimi istifadə etməyə çalışırlar. Məsələn, Bizim kimi ölkələrə gələndə, böyük dövlətlər bu faktordan bir vasitə kimi istifadə etməyə çalışırlar. Məsələn, erməni sepertizmi Azərbaycanda ona görə mövcud idi və ona görə uzun müddət duruş gətirə bilirdi ki, beynəlxalq güc mərkəzlərindən onlara mənəvi, siyasi, maliyə və hərbi dəstək verilirdi. Əks halda, bir ovuc seperatçı, hətta Ermənistanla bir yerdə daha güclü və hər cəhətdən böyük resurslara sahib olan Azərbaycana qalib gələ bilməzdi.

Ərəstun Oruclu: “Böyük güclər belə vasitələrdən istifadə etməklə öz siyasətlərini yürütmək istəyirlər. Bu da bölgədə elə maraqların toqquşmasına gətirib çıxara bilər ki, hətta, Azərbaycan öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qala bilər”.

İndi problemin bu şəkildə həlli, Azərbaycanın çox ciddi uğurudur. Doğrudur, burada bir məsələdə haşiyəyə çıxmalıyam. Biz hələlik bilmirik ki, niyə Azərbaycanın bu uğuru qazanmasına sepertçılıqda maraqlı olan, onu yaratmış Rusiya kifayət qədər sakit yanaşdı, hətta seperatçıların “liderləri”nin həbsinə göz yumdu. Bu çox ciddi sualdır və bunun üzərində düşünməyə dəyər. Mənim bu barədə məlumatım olmadığına görə hər hansı ehtimallar irəli sürmək istəmirəm. Amma hər hansı pərdəarxası anlaşma olubsa, təbii ki, bu müəyyən bir zamandan sonra üzə çıxacaq.

Amma Avropa ölkələrinin öz daxilindəki seperatçıları pisləməsi, onu terrorçu kimi tanıması, dövlətin onlarla mübarizəsini dəstəkləməsi, alqışlaması fonunda bizdəki seperatçılara olan tam əks münasibət əlbəttə, ikili standartdan xəbər verir. Buna görə də, böyük dövlətlərin, böyük güclərin bu və ya digər regionda öz siyasətini həyata keçirməsi üçün seperatçılıq, xüsusilə də, silahlı seperatçılıq vacib alətlərdən biridir. Biz bilirik, Azərbaycanı 30 il məcbur etməyə çalışırdılar ki, oturub seperatçılarla danışaq. Danışmaq da ortaq nöqtə tapmaq, müəyyən bir kompromist nəticəyə gəlib çıxmaqdır.

Ümid edirəm ki, Azərbaycan iki mərhələdə bu məsələni bitirdi. Bunu tam əminliklə demək olmur. Amma Azərbaycan bu yükü xeyli dərəcədə üzərindən atdı. Yəni, ən azı formal baxımdan həmin seperatçılar özlərinin buraxılması haqqında qərarı imzalayıblar və onların liderləri də həbs olunub. İndi Azərbaycan onun daxilinə seperatçılar vasitəsilə təsiri xeyli dərəcədə zərərsizləşdiribdir. Bu vasitəni itirmiş böyük güclər bütün imkanlarını səfərbər edərək, çalırlar ki, onu az qala dirçəltsinlər. Bu da qeyri-mümkün bir şeydir.

Ərəstun Oruclu: “Bizə böyük güclərin, böyük dövlətlərin, beynəlxalq qurumların mövqeyi maraqlı olmamalıdır. Biz öz milli maraqlarımızı həyata keçirməliyik”.

Mən hesab edirəm ki, Azərbaycan bu məsələdə israrlı olmalıdır. Bizə indi hansısa xarici güclərin, ölkələrin maraqları, necə yanaşmaları önəmli deyil. Bizim öz maraqlarımız var və bizim maraqlarımız tələb edir ki, ölkənin daxilində destabilizasiya amilinə çevrilmiş, ölkənin inkişafının qarşısını alan, ölkəyə təhdid yaradan, vətəndaşlarının həyatına təhlükə yaradan mənbə ləğv olunsun. Bu da dediyim kimi xeyli dərəcədə zərərsizləşidirlib və bu prosesi davam etdirmək lazımdır.

Böyük güclər belə vasitələrdən istifadə etməklə öz siyasətlərini yürütmək istəyirlər. Bu da bölgədə elə maraqların toqquşmasına gətirib çıxara bilər ki, hətta, Azərbaycan öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Bir daha deyim ki, bizə böyük güclərin, böyük dövlətlərin, beynəlxalq qurumların mövqeyi maraqlı olmamalıdır. Biz öz milli maraqlarımızı həyata keçirməliyik. Onlar bu məsələyə təzyiq etməyə çalışacaqlar. Artıq bu prosesin əlamətləri açıq-aydın görünür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar