Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanlılar Bakıda səfirlikdə fəal səs verirlər

Qazaxıstanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar təşkil edilən 262 nömrəli seçki məntəqəsində seçicilərin fəallığı müşahidə edilir

PİA.az Trend-ə istinadən bildirir ki, bunu məntəqə seçki komissiyasının sədri Darhan Kuşerbayev deyib.

D.Kuşerbayev bildirib: "Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında seçki məntəqəsi təşkil edilib. Məntəqə saat 07:00-da işə başlayıb və 20:00-da bağlanacaq. Səhər saatlarından seçicilərin fəallığı müşahidə edilir. Seçki məntəqəsində səfirlikdə konsulluq qeydiyyatında olan qazaxıstanlılardan əlavə müxtəlif səbəblərdən Azərbaycanda olan Qazaxıstan vətəndaşları da gəlir. Onlar arasında seminarlarda və müxtəlif tədbirlərdə iştirak edən şəxslər, turistlər və idmançılar da var".

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

pia.az


Etiket: Seçici

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar