Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazaxıstanla Azərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması önəmli hadisədir” - Könül İsmayılova 

Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə mühüm görüşlər keçirdi. İki ölkə arasında çox ciddi sənədlər imzalandı. Biz AzərbaycanQazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirdiyini görürük. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan bu vaxta qədər bir çox məsələlərdə demək olar ki, Azərbaycanın tərəfindən çıxış edib.

Azərbaycan və Qazağıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur. Hər yerdə də Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət göstərirlər. Qazaxıstanla Azərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması da önəmli hadisədir. Eyni zamanda Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirak edəcək və bu iki ölkənin dostluğunun bariz təzahürüdür.

Prezident İlham Əliyev AzərbaycanQazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirdi ki, “ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb”. Ölkə başçısının sözlərindən də görünür ki, Azərbaycan hazırda “Orta dəhliz”in inkişafında maraqlıdır və bu istiqamətdə Qazaxıstanla əməkdaşlıq məqbuldur.

Aydın məsələdir ki, Rusiya-Ukrayna müharibəsinin başlanması və hazırda davam etməsi dəhlizin əhəmiyyətini gözləniləndən çox artırdı. İndiki məqamda Qazaxıstanın “Orta dəhliz”ə marağının artması da təsadüfi deyil. Düşünürəm ki, bu istiqamətdə rəsmi Bakı ilə Qazaxıstan arasında sazişlərin imzalaması, əslində həm də Kremlin bu məsələdə maraqlı olduğunun göstəricisidir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar