Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib

Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, müavinlər, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib.

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62.4 faizi, yəni 710 nəfəri tələbə adını qazandığı, onlardan 21 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbi qızıl medalla bitirmiş Əlpaşayev Aqil Zahid oğlu Fənn Olimpiadalarının Respublika turunda tarix fənni üzrə birinci yerə layiq görülərək imtahansız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya” fakültəsinə daxil olub.

Bu il Qaradağ rayonunda ən yüksək nəticəni Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin şagirdi 674 balla Fətullayev Oruc göstərib.

Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda yüksək nəticə əldə etmiş məzunlara Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hədiyyələr təqdim edib, tələbə adını qazanmış məzunlara və məktəb rəhbərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar