Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın məğlubiyyətinə ağlayan uşaqlar futbolçudurlar - Foto,Video

Sosial şəbəkələrdə “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”ə uduzmasına görə ağlayan iki azyaşlı azarkeşin videosu gündəmə gəlib...

Ağdam klubunun son dəqiqələrdə buraxdığı qollar balaca tərəfdarların göz yaşlarına səbəb olub.

Həmin uşaqların kimliyi də maraqla qarşılanıb. “Qafqazinfo”nun məlumatına görə, azyaşlılar əslində kluba yad uşaqlar deyil. Onlar elə Ağdam klubunun akademiyasının üzvləridir, həm də komandanın fanatıdırlar.

Nihat və Ümid Şükürovlar “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edirlər. Nihat U-9, Ümid isə U-11 komandasının üzvüdürlər.

Uşaqların atası Sənan Şükürov deyir ki, hər zaman “Qarabağ”ın matçlarını izləyirlər. Bakıdakı matçların çoxunu elə stadiondan izləyirlər:

“Onları stadiona aparıram. Hər ikisi futbolla yatırlar, futbolla qalxırlar. Mən özüm də futbolçu olmuşam. Azərbaycan U-19 millisinə qədər yüksəlmişəm, zədə səbəbindən vidalaşmalı oldum. İndi uşaqlar bu yolu davam etdirirlər. Onlar “Qarabağ”ın çılğın fanatıdırlar, hər oyununu izləyirlər”.

Balaca Ümid isə ötən gün “Qarabağ”ın “Bayer”ə son dəqiqə qolları ilə uduzmasında hakimi günahlandırıb:

“Mən vətənpərvər və “Qarabağ”ın oyunçusu kimi deyirəm ki, qələbəyə layiq idik. Həmişəki kimi hakim ədalətsizliyi ilə üzləşdik. Bu ədalətsiz qərarların fonunda uduzduq. Şəxsən qardaşımla mən səhərə kimi yatmamışıq. Demək olar ki, ağlamışıq”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar