Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda Minsk qrupu dönəmi bitirmi? - Sülh üçün imkanlar tükənir…

Mübariz Əhmədoğlu: “Bizim rəhbərlik yaxın zamanlarda baş verəcək görüşlərin nəticələrini gözləyir. Əgər nəticə əldə olunmasa, Azərbaycan ordusu öz səsini çıxardacaq”

Məhəmməd Əsədullazadə: “Azərbaycan əks-həmlə ilə cəbhədə Ermənistan ordusuna zərbə endirsə, Paşinyan dərhal danışıqlar masasına oturacaq. Kompromis axtaracaq, Minsk Qrupunun formatına uyğun olaraq danışıqlara başlayacaq”.

Paşinyan hakimiyyətə gələndən sonra Minsk Qrupunun fəaliyyəti artıq hiss olunmur. Formal təmaslar belə həyata keçirilmir. Bunun müqabilində Paşinyan münaqişənin sülh yolu həllini imkansız edən bəyanatlar verir. Xüsusən Ermənistan baş nazirinin Rusiya səfərindən və Putinlə görüşündən sonra danışıqlar prosesinə ciddi ziyan vuran bəyanatlar səsləndirməsi diqqəti çəkir.

Bəzi siyasi müşahidəçilərin fikrincə isə Paşinyan küstah bəyanatlar verməklə, əslində regionda gərginlik istəməyən Moskvanı şantaj edir və bu yolla öz hakimiyyətinə qarşı Kremlin loyal olmasını təmin etməyə çalışır. Digər tərəfdən isə Ermənistanda uzun illər hakimiyyətdə olan “Qarabağ klanı” ilə mübarizədə Paşinyan üçün ən yaxşı vasitə elə Qarabağ münaqişəsi görünür. Çünki Paşinyan münaqişə ilə bağlı “Qarabağ klanı”ndan daha radikal mövqe nümayiş etdirməklə, əslində Koçaryan-Sarkisyan cütlüyünün siyasi kartlarını vurur.

Paşinyan hətta öz rəqiblərindən uzağa gedərək, “Azərbaycanı danışıqlarda konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini” vurğulayıb. Onu da qeyd edək ki, Ermənistanın baş naziri çıxışlarından ancaq birində problemin həlli üçün yeganə formatın ATƏT-in Minsk qrupu olduğunu bildirib.

Siyasi araşdırmaçılar hesab edirdilər ki, Paşinyanın Qarabağla bağlı 2016-cı ildən etibarən sərt çıxışlarının əsas səbəbi Sarkisyan hökumətini tənqid etmək üçün bir üsul idi. Lakin Paşinyanın tutduğu mövqedə də dəyişiklik olmaması özünü açıq şəkildə biruzə verir. Siyasi təhlillərə əsasən, ekspertlər ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəfin məğlub olacağını qeyd edirlər.

Mövcud vəziyyətdə Paşinyanın Qarabağla bağlı sərt bəyanatları və Minsk Qrupunun fəaliyyətsizliyini nəzərə alsaq, münaqişənin həlli üçün imkanların tükəndiyini hesab etmək olarmı? Ümumiyyətlə, Dağlıq Qarabağda müharibənin başlaması teoratik olaraq Cənubi Qafqazın Suriyaya dönməsinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz ƏhmədoğluCənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Paşinyana lazımi yumruğu vuranda fikrini çox asanlıqla dəyişir”.

ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətinin səssiz şəkildə davam etdiyini qeyd edən politoloq Mübariz Əhmədoğluna görə, ümumilikdə Qarabağda müharibə baş verərsə, Azərbaycan bu müharibənin Suriya faktoru kimi olmasına imkan verməyəcək:

“Hesab edirəm ki, münaqişənin doğru şəkildə tənzimlənməsi üçün Azərbaycanın kifayət qədər resurslar var. Nikol Paşinyan “hətələm-pətələm” danışan adamdır və göründüyü kimi, o qədər də uzaqgörən və savadlı adam deyil. Həm də mövqeyini çox tez dəyişir. Ermənistandakı mitinqlər zamanı Rusiyanın ünvanına sərt sözlər deyən Paşinyan indi mövqeyini dəyişib. Demək ki, Paşinyana lazımı yumruğu vuranda fikrini çox asanlıqla dəyişir.

Eləcə də Ermənistanın daxili işlərində də Paşinyan verdiyi vədləri tutmur. Məsələn, vergi güzəşti ilə bağlı əhaliyə verdiyi vədi həyata keçirə bilmədi, xarici investisiya cəlb etmək məsələsində fikrini dəyişdi. Kəndlilərə subsidiya veriləcəyini bildirmişdi, amma büdcənin boşluğuna görə açıq şəkildə subsidiya verilməyəcəyini bildirdi. Bununla yanaşı, bir çox məsələlərdə dediyini etmədi. Dediyim odur ki, Paşinyan xaraktercə zəif rəhbərdir və onun fikrini asanlıqla dəyişmək mümkündür.

Digər tərəfdən, köhnə hakimiyyətin təmsilçisi, hal-hazırda “Respublika” Partiyasının xarici əlaqələr daimi komissiyasının sədri Armen Aşotyan Dağlıq Qarabağ məsələsində çox pis mirasın qoyulduğunu etiraf edib. O, bildirib ki, heç bir sənəddə Dağlıq Qarabağın statusunun hansı qaydada həll olunacağı ilə bağlı məlumat yoxdur. Buradan çıxan nəticə odur ki, ATƏT-in Minsk Qrupu səs-küy salmasa da, işləyir. Minsk Qrupu nümayəndələri AzərbaycanErmənistanda oldu, xarici işlər nazirlərini görüşdürdü və bu görüşlər əsasında həmsədrlər mərhələli həll variantına uyğun bir sənəd hazırladılar.

Mübariz Əhmədoğlu: “Mövcud vəzityyətdə Dağlıq Qarabağda iri müharibə üçün resurs yoxdur. Azərbaycan Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətin tam sahibidir və müharibəni istədiyi qaydada idarə edə biləcək”.

Yaxın bir neçə gün ərzində BMT Baş Assembleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında ATƏT-in Minsk Qrupu həmsədrləri AzərbaycanErmənistanın xarici işlər nazirlərini görüşdürəcəklər, eyni zamanda özləri də nazirlərlə təkbətək görüşəcəklər. Nikol Paşinyanın verdiyi açıqlamalarında bəlli olur ki, Ermənistan ordusunun vəziyyəti də bərbad gündədir. Hərbçilərin yemək müqaviləsi dayandırıldı, zabitlərin maaşı 40% azaldıldı. Ümumiyyətlə, Ermənistan ordusunda yemək və gündəlik tələbat malları əsgərlər üçün öz ailələrindən gəlir. Hətta dövlət əsgərlərin bəzi paltarlarını verə bilmir və ailələri evdən gətirir.

Düşünürəm ki, Paşinyan münaqişənin düz yolla tənzimlənməsinə şərait yaratmalıdır. Bizim rəhbərlik yaxın zamanlarda baş verəcək görüşlərin nəticələrini gözləyir. Əgər nəticə əldə olunmasa, Azərbaycan ordusu öz səsini çıxardacaq.

Ümumən Paşinyanın mövqeyi qeyri-müəyyəndir. Hal-hazırda Paşinyan Azərbaycanın hücum edərək Ermənistanın bütün ərazilərini ələ keçirməməsi fonunda Rusiyanı əlində saxlamağa çalışır. Paşinyanın hakimiyyətə qalması üçün Rusiyaya ehtiyacı var.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər tərəfdən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni mövqeyi ola bilər. Məlumdur ki, indiki şəraitdə Rusiya ilə Türkiyə arasında Suriya məsələsi fonunda yeni narazılıq yaranıb. Ola bilər ki, Türkiyə prezidenti R.T.Ərdoğanın yaxın zamanlar üçün nəzərdə tutulan Bakı səfəri kontekstində Putin hansısa addımlar ata bilər.

Mövcud vəzityyətdə Dağlıq Qarabağda iri müharibə üçün resurs yoxdur. Azərbaycan Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətin tam sahibidir və müharibəni istədiyi qaydada idarə edə biləcək. Düşünürəm ki, Azərbaycan digər iri dövlətlərin müharibəyə qoşulmasına şərait yaratmayacaq və Ermənistan tək qalacaq”.

Məhəmməd Əsədullazadə: “Yerevanın hazırkı ritorikasına qarşı rəsmi Bakı təzyiqlər etməlidir. İşğalçı ölkəyə təzyiqlərə başlanılmalıdır”.

Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamaların danışıqlar prosesinə mənfi təsir etdiyini bildirən politoloq Məhəmməd Əsədullazadəyə görə, istənilən halda Azərbaycanın Ermənistanla müharibəyə başlamasını Suriya mövzusu ilə əlaqələndirmək doğru olmaz:

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfərində Qarabağ konfliktinin həlli ilə bağlı verdiyi açıqlamalar əsasən danışıqlar prosesinə zərbə vurur. Qeyd edim ki, Minsk Qrupunun həmsədri olan Rusiyanın paytaxtında Paşinyanın bu açıqlamaları birbaşa 20 il fəaliyyət göstərən Minsk Qrupunun danışıqlarını fiaskoya uğradır. Hesab edirəm ki, Moskvada Paşinyanın cavabı verilməli idi. Göründüyü kimi, münqişənin həllini təhdid edən əsas tərəf Ermənistan rəhbərliyidir. Hazırda danışıqların aparılması üçün situasiya tükənməyib. Paşinyan nə dediyinin fərqində deyil. Azərbaycan əks-həmlə ilə cəbhədə Ermənistan ordusuna zərbə endirsə, Paşinyan dərhal danışıqlar masasına oturacaq. Kompromis axtaracaq, Minsk Qrupunun formatına uyğun olaraq danışıqlara başlayacaq.

Məhəmməd Əsədullazadə: “Minsk Qrupunun həmsədri olan Rusiyanın paytaxtında Paşinyanın bu açıqlamaları birbaşa 20 il fəaliyyət göstərən Minsk Qrupunun danışıqlarını fiaskoya uğradır”.

Qeyd edim ki, rəsmi Yerevanın hazırkı ritorikasına qarşı rəsmi Bakı təzyiqlər etməlidir. İşğalçı ölkəyə təzyiqlərə başlanılmalıdır. Paşinyanın Qarabağla bağlı sərt mövqeyi Rusiyaya qarşı yönəlməyib. Sadəcə daxili auditoriyada, həmçinin Qarabağ klanın qəzəbindən yayınmaq üçün bu qeyri-real açıqlamalar verir. Göründüyü kimi, münaqişə zonasında diplomatik durum gərgindir. Bunun cəbhədə real hərbi əməliyyatlara keçməsi mümkündür.

Hesab edirəm ki, Azərbaycan öz işğal olunmuş ərazilərində hərbi əməliyyatlar keçirərsə, regionun Suriyaya çevrilməsi mümkün deyil. Suriyada daxili münaqişədir. Burada qlobal güclərin maraqlarının toqquşduğu bir müharibədir. Amma Azərbaycanın hərbi əməliyyatlara başlaması, Qarabağdakı müharibə Azərbaycanın BMT çərçivəsində qəbul edilmiş qətnamələrinə əsaslanan müharib olacaq. Qarabağ münaqişəsini Suriya ilə eyni geosiyasi problem kimi qiymətləndirmək istəmirəm. Suriya böhranı qlobal böhrandır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Ən çox oxunanalar