Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalib Salome Zurabişviliyə “balkon konuşması” yasağı - Tiflisdən xəbərlər

Bdzina İvanişvili – Ədalətli seçkinin qalibi bizik; Qriqol Vaşadze – Bu hələ başlanğıcdır

Gürcüstanda prezident seçkisinin ikinci turu başa çatıb. Musavat.com -un Tiflisdə olan müxbiri xəbər verir ki, hakim "Gürcü Arzusu"nun dəstəklədiyi Salome Zurabişvili ilə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze arasında mübarizənin ikinci mərhələsi Zurabişvilinin qələbəsi ilə başa çatıb. Mərkəzi Seçki Komissiyası ilkin nəticələri noyabrın 29-da saat 2-də açıqlayacaq. Exit poll-lar isə rəqiblər arasında 15 faizdən artıq səs fərqinin olduğunu göstərir. "Gullap İnternational"ın açıqlamalarına görə, Salome Zurabişvili 58, Qriqol Vaşadze 42 faiz səs toplayıb.

Seçici fəallığını hər iki düşərgə yüksək qiymətləndirib. Seçkinin ilk 4 saatında 3,6 milyon seçicinin 20 faizi səsverməyə qatılıb. Saat 17-də isə səsvermədə iştirak faizi 47,54 olub.

Müxalif düşərgə ilk saatlardan seçkinin saxtkarlıqla keçirildiyi bildirib. Qriqol Vaşadzenin seçki qərargahından Musavat.com-a verilən xəbərə görə, bütün ölkə üzrə karusel əməliyyatı baş verib, qutulara topa bülletenlər atılıb, polis və xüsusi xidmət orqanlarının əməkdaşları məntəqələrə basqın edib, süni qarşıdurma yaradılaraq müxalifətçi müşahidəçilər təxribata çəkilib, xəsarət alanlar, məntəqələrdən uzaqlaşdırılanlar var.

Gürcüstan Daxili İşlər Nazirliyinin yayadığı açıqlamada seçki prosesində baş verən qanun pozuntuları ilə bağlı 11 cinayət işi açıb. Onlardan biri eks-prezident Mixeil Saakaşvilinin qardaşı ilə bağlıdı. David Saakaşvili Qurciani rayonunun Çumlaki kəndindəki 19 saylı seçki məntəqəsində olarkən yaxınlıqdakı avtomobildən havaya atəş açılıb. Sonrada olayda siyasi motiv olduğu bildirilsə də polis olayı araşdırır.

Seçki günü xəsarət jurnalistlərdən də xəsarət alan olub. Daxili işlər nazirinin müavini Mezvrnşvilinin sözlərinə görə, "Pirveli" telekanalının müxbiri Tatiya Çapiçadzeyə Qldani rayonundakı seçki məntəqəsində hücum və fiziki güc tətbiq edilməsilə bağlı cinayət işi başlanıb.

Seçki başa çatandan dərhal sonra Salomo Zurabişvilinin açıqlaması gözlənilsə də bu baş verməyib. Gürcüstan telekanalları bildirir ki, onun açıqlama verməsinə qeyri-rəsmi qadağa var. Bu qərar onun gürcücəsinin zəif olması ilə əlaqələndirilir. Qalibin yerinə Gürcü Arzusu Partiyasının lideri Bdzina İvanişvili danışıb. O, Gürcüstan seçicilərinin öz güclərini dərk etdiklərini, bunun da seçkinin nəticələrinə təsir göstərdiyini bildirib. İvanişvili seçicilərə təşəkkür edib “Ədalətli seçkinin qalibi bizik. Mən vəd etdiklərimin hamısının arxasındayam. Mən və mənim komandam hər şey edəcəyik ki, Gürcüstan yaxın illərdə Avropanın inkişaf etmiş ölkəsinə çevrilsin”.

Qriqol Vaşadze isə ilk media açıqlamasında hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirib. O, ikinci turda seçki saxtakarlığının kulminasiyaya çatdığını, müxalifətin güclü olduğu məntəqələrdə süni qarşıdurma yaradıldığını deyib. Qriqol Vaşadze iqtidar komandasını seçiciləri pulla ələ almaqda suçlayıb. O, bildirib ki, müxalifət öz səslərini qoruyacaq: "Hər şey indi başlayır”.

Şəhərin mərkəzi küçələrində bu gün hərəkət məhdudlaşdırılıb. İctimai nəqliyyat mərkəzi küçələrə buraxılmayıb. Seçki başa çatandan sonra isə hər iki düşərgənin tərəfdarları öz bayraqları ilə küçələrə çıxıb. Rustaveli küçəsindəki keçmiş parlament binasının önündə toplaşırlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar