Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlar infarkta daha meyillidir


Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidir


Eyni zamanda qadınların yaşadığı infarkt sinə ağrısı şikayəti ilə özünü göstərmir.

PİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, ürək xəstəlikləri daha çox “kişi xəstəliyi” olaraq qəbul edilsə də, ürək xəstəlikləri qadınlar üçün bir nömrəli ölüm səbəbidir. 80-ci illərdən bu günə qədər infarkt hallarının azalması müşahidə edilsə də, 50-50 yaş qadınlarda bu hal getdikcə artır.

Belə ki, kişilərdə infarkt sonrası ölüm halları 36 faiz olduğu halda, qadınlarda bu rəqəm 47 faiz təşkil edir. Mütəxəsislərə görə, hamiləlik və digər metobolik problemlər qadınlarda damar tutulmalarına səbəb ola bilir.

Buna görə də, qadınların ürək-damar xəstəlikləri ilə əlaqəli tez-tez müayinələrədn keçməsi məsləhət görülür. Hamiləlik zamanı təzyiq ürək xəsətliyini 6 dəfə, diabet riskini isə 3 dəfə artırır. Bu risk doğuşdan 10 il sonra belə ortaya çıxa bilər.

Qadınlarda infarkt özünü nəfəs çatışmazlığı, yorğunluq, çənə və ya dişlərdə ağrı, qollarda ağırlıq hissi və həzimsizlik problemi ilə büruzə verir. Qadınlar anidən gələn yorğunluq, sinə üzərində ağırlıq, mədə ağrısı, boyun, kürək, çənə, sağ qol və sağ çiyində ağrı, ani soyuq tərləmə halları yaşayırsa, mütləq həkimə müraicət etməlidir.

ABŞ mütəxəsisləri iddia edirlər ki, qadınlarda ürək xəstəlikləri və infarkt riskinin çox olması onların damarlarının daha nazik, ürək damarları isə dar və uzun olması ilə bağlıdır.

Qadınlar infarkt səbəbləri belədir: qadınların ürəyi daha kiçikdir, ürəyin atış sayı az, nəbz sayı yüksəkdir və mensturasiya dövründə qan laxtalanması elektrokardioloji problemlərə yol açır.

Mütəxəsislər qadınlara 40 yaşından sonra tez-tez həkim müayinəsini də məsləhət görür.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar