Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın zorakılığı hansı səbəbdən artır?

Rübabə Mərdanova: “Qadın əsasən şiddət və təcavüzə məruz qaldıqda ya özünü müdafiə üçün, ya da intiqam hissiylə cinayət işləyir”

İlahə Dadaşova: “Ailəsində davamlı şiddətə məruz qalan qadın bir gün qurtulmaq üçün cinayət törədə bilər”.

Dövlət Statistika Komitəsinin verdiyi məluamat görə, ötən il cinayət törətmiş şəxslər sırasında qadınların sayı 5,7 faiz təşkil edib. Belə ki, qadınlar tərəfindən törədilən cinayətlərin 22,8 faizi qəsdən sağlamlığa yüngül zərərvurma, 12,1 faizi oğurluqla bağlı olub. 2017-ci ildə ümumilikdə ölkədə rüşvətxorluqla bağlı cinayət törədənlərin payında qadınların çəkisi kişilərlə demək olar ki, eynidir. Ötən il rüşvətxorluqla bağlı cinayətlərin 42,1 faizi qadınların payına düşüb.

Onu da qeyd edək ki, son zamanlar xüsusən ailədaxili zorakılığın artması fonunda qadınların bu cinayətlərdə iştirak hallarının çoxalması müşahidə olunur. Qəddarlıqla cinayət törədən qadınların sayı çox olmasa da, ümumilikdə qətllərin ideoloji təbliğatdan sonra baş verdiyi araşdırlıb.

Qadınlar tərəfindən törədilən cinayətlərin əsas səbəbi nədir? Əsasən zorakılıq qurbanı olan qadınların cinayətlərdə iştirak hallarını həm də iqtisadi asılılıqla əlaqələndirmək mümkündürmü? Cinayətə əl atan qadınların sayının artmaması üçün sosial müdafiənin təmin edilməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı psixoloq Rübabə Mərdanova və İlahə Dadaşovanın fikirlərini öyrənib.

Rübabə Mərdanova: “Daxilində neqativ hiss və emosiyalarla yaşayan hər hansı insan cinayətə meyl edə bilər”.

Qadınların cinayəti əsasən affekt halı və ya emosional vəziyyətdə törətdiyini bildirən psixoloq Rübabə Mərdanova görə, qadının kişidən asılılığı azaldığı təqdirdə cinayətlərin sayı da azalacaq:

“Öncəliklə cinayətin necə baş verdiyini bildirmək istərdim. Cinayət insan daxilində yığılmış kin, nifrət, qəzəbin düşüncə və duyğu halından çıxıb, bir davranış formasına keçməsidir. Əslində, cinayətin cinsiyyəti yoxdur. Daxilində neqativ hiss və emosiyalarla yaşayan hər hansı insan cinayətə meyl edə bilər. Amma qadın zərif, incə varlıq olduğu üçün cinayəti ona yaraşdıra bilmirik.

Kişilərlə müqayisədə qadınlar daha az cinayət işləyir. Kişilər fiziki olaraq daha güclüdür, bu onların hər hansı mübahisədə, davada tərəddüd etmədən güclərini göstərmələrinə imkan verir. Qadın isə əsasən şiddət və təcavüzə məruz qaldıqda ya özünü müdafiə üçün, ya da intiqam hissiylə bu cinayəti işləyər. Məsələyə psixoloji cəhətdən yanaşsaq, qadın tarix boyu, əksər cəmiyyətlərdə ikinci sinif varlıq hesab edilib. Bu onda psixoloji əziklik, sınıqlıq, özgüvən əksikliyi formalaşdırıb. Bəzən sırf özünü sübut etmək üçün cinayətə əl atıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Tarixdə silsilə qətllər törədən qadınların olub-olmaması il bağlı araşdırma aaprdım. Belə məlumat əldə etdim ki, 1880-1995-ci illərdə 400 qatilin yüzdə on altısı qadın olub. Bütün cinayətlərin səbəbi var. Ancaq kişilər bəzən təsadüfdən, ya da zövqdən cinayət törədə bilir. Avtobusda sözü çəp gələn, bir-birini tanımayan iki insan bıçağa əl ata bilir. Qadın cinayətlərinin kökündə isə dərin və gizli səbəblər yata bilir. Qadın cinayəti affekt halında, emosional, ağlını itirmiş vəziyyətdə baş verir.

Rübabə Mərdanova: “Mülayim, heç kimlə işi olmayan qadın ərini hər an öldürə biləcəyini deyirdi. Bu qadının kişidən asılılığı olmasa, cinayət təhlükəsi də azalar”.

Amerikanın ilk qadın qatili olaraq tanınan, bir neçə film mövzusu olmuş Aileen Wuornos "Etdiyim hər şeyin altında qorxunc nifrət yatır. Məni edam etməlisiniz, çünki həbsdən çıxsam yenə cinayət işləyə bilərəm"- deyirdi. O, cinsi münasibəti olan kişiləri qətlə yetirirdi. 7 insan öldürdüyü deyilirdi, onlardan 5-nin cəsədi tapılmamışdı. Araşdırdıqda, cinayətin kökündə nə dayanır? 13 yaşda təcavüzə uğrama, nigahdan kənar uşaq dünyaya gətirmə, bu səbəbdən evdən qovulma və fahişə həyatı yaşama. Özü haqda deyirdi: "Mən məsumam. Ümid edirəm, sizə də təcavüz edərlər".

Mənim praktikamda bir qadın içki düşkünü olan ərinə həddən artıq nifrət edir. Mülayim, heç kimlə işi olmayan qadın ərini hər an öldürə biləcəyini deyirdi. Bu qadının kişidən asılılığı olmasa, cinayət təhlükəsi də azalar. Lakin burada həm iqtisadi asılılıq var, həm də cəmiyyətin bəlalarından olan, kişinin bütün mümkün variantlardan isifadə edərək qadından ayrılmaq istəməməsi...

Şəxsiyyət uşaqlıqdan gəlir. Uşaqlıqda özünə inamlı yetişdirilən, ailədə ananın ata ilə bərabərhüquqlu olduğunu görərək böyüyən bir qadının daxilində kişidən üstün olmaq, bacarmadıqda nifrət etmək hissi olmayacaq. Bu gün kişilərlə yarışa girmiş, rəqabət aparan qadınların əksərinin şüuraltında öz azadlığı deyil, üstün olma istəyi dayanır. Bu da qadının kişiyə, qadının özündən üstün saydığı qadına nifrətini gücləndirir və əvvəldə dediyim kimi məqam yetişəndə bir davranışa çevirir”.

İlahə Dadaşova: “Qadınların susub hər şeyə dözdükləri dövr artıq geridə qalıb”.

Qadınlar tərəfindən törədilən cinayətlərin daha çox müdafiə xarakterli olduğunu qeyd edən psixoloq İlahə Dadaşovanın fikrincə, qadınların ödənişsiz psixoloji müayinədən keçməsi üçün dövlət tərəfindən şərait yaradılmalıdır:

“Qadınlar tərəfindən törədilən cinayətləri kateqoriyaya bölsək, müdafiə xarakterli, psixi pozuntu fonunda, iqtisadi xarakterli və s. fonda törədilən cinayətlər daha çoxdur. İlk sırada müdafiə xarakterli cinayətlər durur. Mən deyərdim ki, qadınların susub hər şeyə dözdükləri dövr artıq geridə qalıb. Bu hala sadəcə müəyyən bir qismdə rast gəlmək mümkündür. Qadınlar fiziki, mənəvi zorakılığa dözmək istəmirlər. Psixi pozuntuları olan qadınlar ya müalicədən yayınırlar, ya da sırf qadın olduqlarına görə müalicə üçün xəstəxayana yatırılmaq istəmirlər.

Əslində bu cür qadınlar potensial qatildilər. Çünki bir gün ele bir hadisə baş verə bilər ki, qadın dözməyib ya özünü, ya da uşağını qorumaq üçün uzunmüddətli ona şiddət göstərən qaynananı, qaynatanı və ya əri bir göz qırpımında öldürə bilər. Ailəsində davamlı şiddətə məruz qalan qadın bir gün qurtulmaq üçün cinayət törədə bilər”.Qadınlar əsasən iqtisadi səbəblər kontekstində oğurluğa əl atırlar. Hər bir halda qadınların qorunması daha da artmalıdır. Sığınacaqların sayı artmalı və eyni zamanda qadınların işlə təmini bərpa edilməlidir. Ödənişsiz psixoloji müayinədən keçmələri üçün dövlət tərəfindən şərait yaradılmalıdır. Çünki adicə mənim özümə rayonda yaşayan xanımlar yazır ki, yaşadığım şərait cox pisdi və şiddətə məruz qalıram. Bu halda boşanmamasının səbəbi soruşduqda isə gedəcək yerlərinin olmadığını bildirirlər. Bununla yanaşı, psixoloji vəziyyətinin yaxşılaşması üçün psixoloqa getməyi məsləhət gördükdə də maddi imkanlarının olmadığını qeyd edirlər.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar