Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “Valday” çıxışından sonra Paşinyanın ritorikası da dəyişib…

Bu, Ermənistan Baş nazirinin bu gün Soçidə verdiyi bəyanatda və Azərbaycana qarşı irəli sürdüyü tələblərdə də özünü göstərdi…

Putinin “Valday” klubunda son çıxışından sonra Ermənistanda bir çoxları ürəkləndirdiyi kimi, Baş nazir Nikol Paşinyanı da cəsarətləndirib. PİA.az xəbər verir ki, Paşinyanın bu gün Soçidə Putinlə görüşdə səsləndirdiyi fikirlər Ermənistan prezidentinin ritorikasının kəskin dəyişdiyindən xəbər verir. Pşainyan nə bundan əvvəl Rusiyada baş tutan, nə də Avropada Şarl Mişelin vasitəçiliyi keçirilən görüşlər öncəsi belə fikirlər səsləndirməmişdi. İndi isə Ermənistan lideri tamamilə fərqli notlarda danışır və Azərbaycana qarşı əsasız tələblər irəlü sürür.

Təbii ki, bu tələblərin heç biri Azərbaycan tərəfindən yerinə yetirilməyəcək. Sadəcə Putinin “Valday”da səsləndirdiyi fikirlər Ermənistana sülh sazişindən yayınmaq üçün yeni impuls yaradır. Bu isə ilin sonua qədər Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmayacağına işarə edir.

Son aylarda Ermənistan Qərbə yaxınlaşaraq Rusiyanı şantaj etməsi prosesini yaşadıq və son nəticədə belə görünür ki, ermənilərin Rusiyaya qarşı tətbiq etdikləri şantaj öz nəticəsini verir. Bu Putinin və Paşinyanın son çıxışlarında da özünü göstərir. Bəs bu nə qədər davam edə bilər və Qərb öz təkliflərinin Ermənistan tərəfindən Rusiyanı şantaj aləti kimi etməsinə və Paşinyanın Qərb limanından ayrılaraq Rusiyaİran limanına yan almasına necə reaksiya göstərəcək.

Təbii ki, Qərbin reaksiyası Soçi görüşünün nəticələrinə uyğun olacaq və bu görüşün ciddi bir nəticəylə bitməsi də heç inandırıcı görünmür. Hər halda bir neçə saatdan sonra biz bu nəticə barədə ilkin məlumata sahib olcağıq. Buna baxmayaraq, Paşinyanın hazırda sərgilədiyi ritorika görüşün uğursuz olacağına işarə edir.

Güman etmək olar ki, Paşinyan da, elə buna görə öz hesabını aparıb. Çünki Soçi görüşünün uğursuzıuğu münaqişə bölgəsində, xüsusən Azərbaycan-Ermənistan sərhədində yeni gərginliklə müşahidə oluna bilər ki, Ermənistanın da ümid yeri elə budur. Hər halda görünən odur ki, Ermənistan diplomatiyası yeni gərginlik fonunda Azərbaycana qarşı regional blok formalaşıdrmağı özünün əsas hədəfi olaraq qarşıya qoyub və bu blokun aparıcı üzvləri təbii ki, Rusiyaİran olacaq. Rusiya hər şeydən əvvəl Qarabağ “kartını” əldən vermək istəmir və bu “kartı” əlində saxlaya bilmək üçün sonuna qədər mübarizə aparacaq.

Bu gün Paşinyanın Putinlə görüşündə Rusiya prezidentinin “Valday” klubunda son çıxışına tez-tez istinad etməsi də onu göstərir ki, Ermənistan üçün son ümid yeri məhz Moskvanın Qarabağ “kartını” öz əlində saxlamaq istəməsi və münaqişənin bitməsinə maraqlı olmamasıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar