Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin öz “sevimlilərinə” mesajı - Kadırovun və Priqojinin tənqid etdiyi general yüksək vəzifə aldı

Putinin bu təyinatı dəstəkləməsi ondan xəbər verir ki, Kadırov və Priqojin öz səlahiyyətlərini aşırlar və Lapinin təyinatı da təbii olaraq Putinin öz “sevimlilərinə” mesajı kimi dəyərləndirlir…

General Aleksandr Lapin Rusiya Quru Qoşunlarının Baş Qərargahına rəhbərlik edəcək. PİA.az xəbər verir ki, bu barədə Russiyanın RBC nəşri məlumat yayıb.

General-polkovnik Aleksandr Lapin Silahlı Qüvvələrin Quru Qoşunlarının Baş Qərargahının rəisi təyin edilib. Bu barədə yanvarın 10-da RBC-yə Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Lakin Müdafiə Nazirliyindən Lapinin təyinatı ilə bağlı rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Ukraynada gedən döyüşlər zamanı Aleksandr Lapin Mərkəzi Hərbi Dairəyə komandanlıq edib. O, Xarkov istiqamətində rus qoşunları ağır məçlubiyyətə uğradıqdan sonra bu vəzifədə uzaqlaşdırlıb. Vəzifədən uzaqlaşdırılmamışdan əvvəl isə Çeçenistan lideri Ramzan Kadırov və “Vaqner qrupu”nun rəhbəri Yevgeni Priqojin generalı sərt tənqit etmişdilər. Hətta bu tənqidlərdən sonra general-polkovnik Aleksandr Lapinin meyidinin Moskva çayından tapılması ilə bağlı məlumat yayılmışdı. Sonradan bu məlumat təkzib olundu.

Daha sonra Müdafiə Nazirliyindən Lapinin üç həftəlik məzuniyyətə getdiyini bildirildi.

Aleksandr Lapinin cəbhədəki ciddi uğursuzluqdan sonra gözlənilmədən bu qədər yüksək vəzivəyə təyin olunması heç də bir mənalı qarşılanmayıb. Rusiya da siyasi şərhçilərin bir çoxu hesab edirlər ki, Lapinin Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi Yevgeni Priqojinə birbaşa xəbərdarlıqdır.

Lapinin Rusiya Baş Qərargahında ikinci simaya çevrilməsi həmçinin ordu rəhbərliyi ilə Kadırov və Priqojin cütlüyünə qarşı nə qədər böyük qıcığın olmasından xəbər verir. Hər şeydən əvvəl Putinin bu təyinatı dəstəkləməsi ondan xəbər verir ki, Kadırov və Priqojin öz səlahiyyətlərini aşırlar və Lapinin təyinatı da təbii olaraq Putinin öz “sevimlilərinə” mesajı kimi dəyərləndirlir.

Xatırladaq ki, iyulun 4-də Rusiya prezidenti Vladimir Putin Lapinə “Rusiya Qəhrəmanı” adı verib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar