Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Finladiya ilə sərhəddə dəbdəbəli malikanəsi tapılıb...

Vladimir Putinin dəbdəbəli sığınacağına forel balığı ferması, helikopter meydançaları və “oğurlanmış” şəlalə daxildir...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Jurnal yazır ki, Rusiya prezidenti var-dövlətinin təvazökar bir mənzil və qarajdan ibarət olduğunu iddia edir, lakin dronla çəkilmiş videoda Monakodan iki dəfə böyük ərazini əhatə edən şəxsi mülkü olduğu görünür.

Nəşr qeyd edir ki, Putinin Finlandiya ilə sərhəddə, Ladoqa gölünün sahilində gizli dəbdəbəli iqamətgahı var. Ərazidə forel balığı ferması, helikopter meydançaları və milli parkdan “oğurlanmı” şəlalə var. “Dossier” araşdırma mərkəzi iddia edir ki, iqamətgahın ərazisində yaxtalar üçün körpülərr, bir neçə ev və mərmər mal əti istehsalı üçün inəklər olan ferma var.

“Burada həmçinin dörd metrlik şəlalə də var ki, bu şəlalə Ladoga “Skerries” Milli Parkının ziyarətçiləri üçün əlçatan olmalıdır, lakin ona giriş kənar şəxslər üçün bağlıdır. Bu, şəlaləni oğurlaya biləcək yeganə şəxs Rusiya prezidenti ola bilər”, deyə “Dossier” bildirir.

Lakin Kreml Putinin yeganə daşınmaz əmlakının 77 kvadratmetrlik mənzil və 18 kvadratmetrlik qaraj olduğunu iddia edir. Bundan başqa rəsmi məlumata görə Putinin ikisi 1960-cı illərdə istehsal olunmuş üç avtomobili, həmçinin Sovet istehsalı olan “Skif” treyleri olduğu da bildirilir. Rusiya prezidentinin digər avtomobili isə 2009-cu il istehsalı olan “Lada Niva”dır.

The Times yazır ki, keçən il Kreml Vladimir Putinin gəlirinin 10,2 milyon rubl təşkil etdiyini açıqlayıb. Rusiya müxalifətçiləri isə deyirlər ki, dörddə bir əsrdir hakimiyyətdə olan Putin dünyanın ən zəngin adamlarından biridir.

Bir gün əvvəl Mərkəzi Seçki Komissiyası Rusiya prezidentinin mart ayında keçiriləcək seçkilərə “namizəd” kimi təqdimatını dərc edib. Orada deyilir ki, Vladimir Putinin bank hesablarında 55,5 milyon rubldan bir qədər az pul var.

Nəşr yazır ki, iqamətgahın tikintisini “Putinin şəxsi bankiri” kimi tanınan oliqarx Yuri Kovalçuk maliyyələşdirib. Rəsmi məlumatlara görə, qonşu malikanə Roman Abramoviçə məxsusdur. İddia olunur ki, Putinin bütün Rusiya boyu 20-yə yaxın mülkü, o cümlədən bir neçə rəsmi iqamətgahı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar