Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Səddamın yolunu gedir? – Şizofrenik Jirinovskinin planı həyata keçirilməkdədir

Qərbin artıq neçə aydır bar-bar bağırdığı proqnoz gerçəkləşdi. XXI əsrin 20-ci illərini yaşadığmız bu günlərdə beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına atan RF prezidenti Vladimir Putin müstəqil Ukraynanı işğal etməkdədir. Sovet ordusunun yaranmasının qeyd edildiyi, fevralın 23-dən bir gün sonra Putin Rusiya ordusunun gücünü bir daha sınamaq istədi.

UKRAYNAYA HÜCUM NİYƏ MƏHZ 24 FEVRALDA BAŞ VERDİ?

Bu tarix sözsüz ki, Qərb kəşfiyyatının verdiyi hücum ehtimalına yaxın vaxta təsadüf edirdi. Daha dorğusu, Rusiyanın aylardır Ukrayna ilə sərhədə qoşun yığmasının səbəbi aydın idi. İşğalın bir qədər gecikməsi isə Çinin paytaxtında keçirilən qış olimpiya oyunlarının başa çatmasının gözlənilməsi idi. Rusiya prezidenti V.Putinin sülhə çağırış (???) xarakteri daşıyan olimpiya oyunlarına görə işğal fəaliyyətindən çəkinməsini və müharibənin bir qədər gecikmə ilə 24 fevralda başlamasını labüdləşdirdi.

Daha doğrusu, ABŞ prezidenti Co Baydenin dəfələrlə qeyd etdiyi kimi, gec-tez Rusiya Ukraynanı işğal etmək niyyətini həyata keçirməyə başladı. Təbii ki, bundan əvvəl V.Putinə Ukraynaya daxil olmaq üçün bəhanə lazım idi. O bəhanə ölkənin şərqində hələ 8 il əvvəl Donetsk və Luqansk vilayətlərinin bir hisssini ələ keçirən separatçıların hakimiyyətlərini, guya müstəqilliklərini tanımaqla başladı və həmin separatçılara “hərbi kömək” adı ilə Ukraynaya qoşun yeridildi. Ən maraqlısı isə guya Donetsk və Luqanska köməyə gedən Rusiyanın qoşunları Belarusdan Kiyevə, Belqoroddan Xarkova, Krımdan Xersona, Qara dənizdən Odessaya doğru hücuma keçdi. “Xüsusi əməliyyat” adı ilə həyata keçirilən belə bir addım, Rusiyanın öz vətəndaşları da daxil olmaqla, bütün dünya tərəfindən

İŞĞALÇI MÜHARİBƏNİN APARILMASI FAKTI

olaraq qiymətləndirilməkdədir. Yəni 24 fevral 2022-ci ildə başlayan hücum Ukraynanın Rusiya tərəfindən işğal tarixidir. Sovet imperiyasının dağılmasından 30 il sonra, Belovejskdə (Belarus) imperiyanın süqutunu elan edən 3 subyektin, 3 slavyan ölkənin iştirakı ilə dəhşətli müharibə baş verdi. Slavyan dövlətləri olan Belarus və Rusiyanın qardaş Ukraynaya qarşı işğalçı müharibəyə başlaması tarixi baxımdan, Lukaşenko və Putin adına utancvericidir…
Daha acınacaqlı durum Vladimir Zelenski prezident seçildikdən sonra Donbasda heç bir ciddi hərbi əməliyyat aparılmadığı halda V.Putinin guya ötən illərdə həmin bölgədə Ukrayna ordusunu “soyqırımı” törətməkdə günahlandırmasıdır. Avropanın ən böyük dövlətlərindən birinin paytaxtı Kiyevi ələ keçirmək üçün hərbi əməliyyat aparan Putin və xarici işlər naziri Lavrovun bütün dünyanın gözünə kül üfürməklə guya Ukraynanı işğal etmək fikrində olmadıqlarını söyləmələri, Qərbin və NATO-nun bu işğalın qarşısını almaq üçün həlledici addım atmamaları da digər biabırçı vəziyyətlərdəndir…

Ən dəhşətli vəziyyət isə Rusiyanın həm qanunverici, həm də digər hakimiyyət təmsilçiləri tərəfindən BMT-nin Nizamnaməsində də yer alan “xalqların öz müqəddəratını təyin etmək hüququ”nu təkrarlanması ilə bağlıdır. Rusiyadan bir soruşan yoxdur ki, tarixən mövcud olsa da, hazırda öz müqəddəratını təyin edə bilməyən millətlərin və milli respublikaların belə bir hüququnu tanımaq əvəzinə niyə

PUTİN ÇAR RUSİYASININ TORPAQLARINI GERİ QAYTARMAQLA MƏŞĞUL OLUR?

Bütün bunların fonunda ən acınacaqlı vəziyyət isə Çeçenistanın rəhbəri R.Kadırovun pandemiya dövründə 12 min nəfər silahlıyı Qroznıda meydana toplayıb mitinq keçirməsi və Ukraynaya getmək niyyətini açıqlamasıdır. Nədənsə heç kim xatırlamır ki, Çeçenistan 25 il bundan qabaq öz müqəddəratını təyin etmək üçün Donetsk və Luqansk kimi Rusiyadan müstəqillik elan etmişdi. Rusiya bu bölgəni əldən verməmək üçün iki dəfə (sonuncusu Putinin iştirakı ilə) genişmiqyaslı hərbi əməliyyatlarla azadlıq istəyən çeçen xalqının genofondunu yox etdi. İndi həmin xalq Putinə qoşulub, müstəqil Ukraynanı işğal etmək istəyir? 12 minlik qoşun yığan, 70 minlik qüvvə hazırlamağı vəd edən R.Kadırova belə bir səlahiyyəti kimin verdiyi də maraqlıdır? Biz biləni çeçenlərin azadlıq mübarizəsindən sonra bu respublikada və digər muxtar qurumlarda milli qoşun yaratmaq hüququ verilməyib. Əgər bu fakt mövcuddursa, Rusiya üçün gələcəkdə yeni təhlükələrin varlığından xəbər verir… Yoxsa bu saxta görüntü də Rusiyanın Ukraynanı işğal etməklə paralel apardığı informasiya müharibəsinin tərkib hissəsidir?

Bəs görəsən müstəqil dövlətin aradan qaldırılmasına yönəlmiş müharibənin nəticəsi necə ola bilər? Beynəlxalq ekspertlərin proqnozlarına görə, artıq gah sülh danışıqlarına başlamaqdan bəhs edən, gah da Ukrayna hərbçilərini dövlət çevrilişi etməyə çağıran V.Putin Kiyevdə demokratik idarəetmə sistemini devirib, rəsmi Moskavaya bağlı olan və Rusiyanın Belarusla ittifaqına qoşula biləcək hakimiyyət formalaşdırmağı düşünür.

Bu plan isə indi ortaya çıxmayıb. Hələ bir neçə il əvvəl LDP sədri V.Jirinovski Ukraynanın xəritəsi olan tortdan Dnepr çayının şərq hissəsini kəsərək götürmüş, eyni zamanda, ötən il öncəgörmə bacarığını (???) işə salıb 2022-ci ilin fevralın 22-də saat 4-də Ukraynanın işğal ediləcəyini bəyan etmişdi. Deməli, Rusiya kimi böyük bir dövlət və onun rəhbərləri tərəfindən rusların və bütün dünyanın normal qarşılamadığı

ŞİZOFRENİK JİRİNOVSKİNİN PLANI HƏYATA KEÇİRİLMƏKDƏDİR.

Doğrudan da acınacaqlıdır… Vaxtilə İraq diktatoru Sədam Hüseynlə yaxın dost olan Jirinovskinin planına uyğun olaraq hərəkət edən V.Putinin S.Hüseyndən tez-tez sitat gətirməsi də təsadüfi deyil… Səddam öz dilindən və dinindən olanların yaşadığı Kuveyt dövlətini 1990-cı ilin avqustunda iki günə ələ keçirdiyi kimi, Rusiya prezidenti də ağır sanksiyalara görə iqtisadi böhran yaşayan ölkəsini dağılmaqdan xilas etmək və hakimiyyətini qorumaq üçün qardaş hesab etdiyi ölkəyə qarşı işğalçı müharibəyə rəvac verib…

Təbii ki, müstəqil bir dövləti özünün tarixi torpaqları olduğu bəhanəsi irəli sürərək işğal etməsi İraq prezidentinə baha başa gəldi. Bir müddət sonra beynəlxalq qüvvələr Səddamı gəldiyi kimi də Küveytdən qovdular, 10 il sonra da devirdilər…

Rusiya prezidenti də Səddam Hüseynin yolunu gedir. Putinin aqibətinin də eyni olacağını proqnozlaşdırmaq hələ tezdir. Amma tarixdən məlumdur ki, bütün imperiyalar mütləq dağılır, Hitler kimi dünyaya hökmranlıq etmək üçün qonşularına hücum edən diktatorlar da həm öz vətəndaşlarına, həm də digər xalqlara yalnız və yalnız fəlakət gətirirlər…

Orxan Məmmədli(AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar