Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Maskı dayandırılması mümkün olmayan ağıllı adam adlandırıb

Amerikalı iş adamı İlon Mask zəkalı bir insandır, onu öz layihələrinin inkişaf prosesində qaerşısını almaq mümkün deyil...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Müsahibə zamanı Putindən Maskın şirkəti “Neuralink”in bu yaxınlarda insan beyninə implant yerləşdirməsi xəbərini şərh etməsi istənilib. Rusiya prezidenti hesab edir ki, bu prosesi “bəzi qaydalara uyğun olaraq kanonlaşdırmaq lazımdır”.

“Düşünürəm ki, Mask dayandırılması mümkün deyil, o, yenə də uyğun gördüyünü edəcək. Amma biz onunla hansısa yolla danışıq aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq. Mənə elə gəlir ki, o, ziyalı adamdır, yəni əminəm ki, qarşı tərəfi başa düşər”, deyə Vladimir Putin bildirib.

Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda İlon Mask tərəfindən yaradılıb. 2023-cü ilin sentyabrında şirkət beyin çiplərinin ilk insan sınaqları üçün könüllüləri toplamağa başlayıb. 28 yanvar 2024-cü ildə “Neuralink” ilk dəfə insan beyninə neyroçip yerləşdirdi. Bu neyroçip düşüncələrdən istifadə edən qadcetlərdən istifadə etmək üçün nəzərdə tutulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay