Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin geri çəkiləcəyinin anonsunu verdi – Kreml rəhbəri Makrona nə deyib?

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon söhbətinin detalları açıqlanıb. Kremlin rəsmi saytında verilən məlumata görə, Putin deyib ki, ABŞNATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini görməzliyə qoyublar. 

O əlavə edib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb: “1997-ci ildə Polşa, Çexiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya hələ NATO üzvü deyildirlər”.

Rusiya Prezidenti qeyd edib ki, Rusiya Moskvanın aldığı cavabı diqqətlə öyrənəcək və bundan sonra özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək.

Xatırladaq ki, Rusiya ABŞNATO-ya sözügedən tələbləri hələ ötən il təqdim edib. ABŞNATO bildirmişdilər ki, bu təkliflərin arasında icrası mümkün olmayanlar var. 

Bunlardan biri də, məsələn, NATO-ya yeni üzvlərin qəbul edilməməsi tələbidir. Buna baxmayaraq tərəflər danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər. Vaşinqton Moskvaya cavabının ictimaiyyət üçün açıqlanmamasını istəmişdi.

Lakin “The New York Times” qəzeti cavablarla tanış olduğunu iddia edir. Qəzet yazır ki, cavab məktubunda ABŞ Rusiya ilə qarşılıqlı qaydada hərbi manevrlərin ixtisar olunması və raket və nüvə silahlarının məhudlaşdırılması sahəsində müzakirəyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də deyib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.

Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.

“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb. (AzPolitika.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Ən çox oxunanalar