Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin keçmiş biznes ortağı Bolqarıstanda həbs edildi

Bolqarıstanda məhkəmə mütəşəkkil cinayətkar qrupa rəhbərlik, qətl və qəsb də daxil olmaqla 20-yə yaxın cinayətdə ittiham olunan iş adamı Vasili Bojkovu həbs edib...

Poliqon xəbər verir ki, bu barədə Blitz nəşri məlumat yayıb.

Bojkov avqustun 23-də həlak olan “Vaqner” yaradıcısı Yevgeni Priqojinlə biznes ortağı olub.

İş adamı avqustun 25-də son 3 ildə yaşadığı Dubaydan qayıtdıqdan sonra həbs edilib. Məhkəmə iclasında prokuror həbsin zəruriliyini Bojkovun Yevgeni Priqojinlə elektron poçtla fəal yazışması ilə əsaslandırıb.

Onlar 3 ildən çox əvvəl biznesə başlayıb və Priqojinin ölümünə qədər münasibətləri davam edib. Teleqraf.com-un prokurorluğun materiallarına istinadən verdiyi xəbərə görə, onların ümumi biznesi olub. Bojkov həmçinin Krımda bir oyun şirkətində 51% paya sahib idi.

“Prokurorun verdiyi bu məlumatın hazırda baxılan işə heç bir aidiyyatı yoxdur. Onun əcnəbi şəxslərlə əlaqəsi olduğunu göstərən heç bir fakt və şərait yoxdur”, deyə vəkil Georgi Qatev bildirib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini qeyd edib.

2021-ci ildə Bojkov Bolqarıstan rəsmilərinə rüşvət müqabilində rusiyalı məmurlara təsir kanalı təşkil etməyə cəhd etdiyinə görə ABŞ sanksiyalarına məruz qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar