Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojin niyə öldürülüb və Putin nəyə nail olub?

"Vaqner" rəhbəri Yevgeni Priqojin vəfat etsə də, onun qiyamı və daha sonra tez bir zamanda ölümü bütün dünyaya Vladimir Putin rejiminin əsas zəifliyini göstərdi...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri yazıb.

Nəşr qeyd edir ki, Priqojinin üsyanından sonra uzun və xoşbəxt ömür sürmək şansı çox az idi. Lakin o, Putinlə sövdələşdi, amnistiya aldı və bütün lazımi göstərişləri yerinə yetirdi.

"Priqojinin qiyamının məqsədi Putini Sergey Şoyqu və Valeri Gerasimovu vəzifədən azad etməyə məcbur etmək olsa belə, hətta onun hakimiyyəti öz əlinə almaq niyyəti olmasa belə, üsyanı Putin və Kremlə meydan oxuyurdu. O, bundan sonra nə qədər ki, yaşayırdı, inqilab və çevriliş kabusu Rusiyanı təqib edəcəkdi. Putin Priqojinin təyyarəsinin qəzasında iştirakını inkar etsə də, bu, demək olar ki, onun bir çox məhkəməsiz edamlarından biri idi", deyə The Times yazır.

Nəşr əlavə edir ki, eyni zamanda, Rusiya lideri dərhal təhlükəni neytrallaşdırsa da, Priqojinlə insident Putinə Rusiya elitasında inamsızlıq aşılayıb və dünyaya Putinin hakimiyyətinin əsas zəifliyini göstərib.

"Putin kənar adamlara verdiyi sözdən dönə bilər, hətta beynəlxalq qanunlara məhəl qoymur, lakin təyyarə qəzası ilk dəfə idi ki, o, öz öhdəliklərinə açıq şəkildə zidd gedirdi. Elita, əlbəttə ki, itaət etdi. Axı onların fikrincə, Putin sadəcə öldürdü. Ancaq Putinin artıq sistemi ustalıqla idarə edən keçmiş illərin Putini olmadığı hissi geniş yayılmışdı və onu bir dəfədən çox təqib edə bilərdi", deyə nəşr yazır.

Məqalədə deyilir ki, Priqojin hələ də tarixə "Putin rejiminə qarşş dağa çevrilən üsyana çınqıl daşı atan adam" kimi qala bilər.

2023-cü il iyunun 24-nə keçən gecə "Vaqner"çilərin lideri Yevgeni Priqojin uzun müddətdir münaqişədə olduğu müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu devirmək üçün Moskvaya yürüş təşkil etməyə cəhd edib. Lakin Priqojin Moskvaya çatmayıb, Rusiya Federasiyasının paytaxtından 200 kilometr aralıda dayanıb. "Vaqner" lideri Putinin xahişi ilə münaqişədə vasitəçi rolunu öz üzərinə götürən Aleksandr Lukaşenko ilə danışıqlara gedib. Nəticədə Priqojin təhlükəsizliyinə zəmanət alaraq Belarusa keçib.

Avqustun 23-də Rusiyanın Tver vilayətində Priqojinin təyyarəsi qəzaya uğrayıbvə ordakı hər kəs ölüb.

Eyni zamanda Qərb mətbuatı Priqojinin ləğvini FTX direktoru və Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin təşkil etdiyini yazıb. Bildirilir ki, "Vaqner" liderlərinin uçduğu təyyarənin qanadının altına bomba qoyulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay